Gənc oyunçuların nömrələri bəlli oldu

Maks Teylor
Paylaş:

“Mançester Yunayted” debüt edən oyunçuların Avropa Liqasında “Astana”ya qarşı matçdakı forma nömrələrini təsdiqləyib.

“Yunayted”in əsas komandasında ilk dəfə rəsmi bir qarşılaşmada meydana çıxacaq debütantlar 41-dən 71-ə qədər olan forma nömrələri altında çıxış edəcəklər.

Qazaxstana Avropa Liqasının matçı üçün uçan 18 oyunçudan yeddi nəfəri heç vaxt əsas heyətdə meydana çıxmayıblar – qapıçı Matey Kovar, müdafiəçilər Teden Menqi və Maks Teylor, yarımmüdafiəçilər İtan Qelbreyt və Arnau Pucmal, hücumçular D’Mani Mellor və Larqi Ramazani.

Debüt edəcək oyunçuların forma nömrələri:

41 – İtan Leyrd
47 – Arnau Pucmal
49 – D’Mani Mellor
51 – Matey Kovar
52 – Maks Teylor
54 – İtan Qelbreyt
58 – Di’Şon Bernard
59 – Larqi Ramazani
63 – Dilan Levitt
71 – Teden Menqi


Mənbə: manutd.com

0 comments