Ole Qunnar Sulşer “Siti” ilə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

Premyer Liqada “Mançester Siti” səfərində qazanılan 2-1 hesablı qələbənin ardından komandamızın baş məşqçisi Ole Qunnar Sulşer MUTV və Sky Sports-a müsahibə verib.

OYUN BARƏDƏ

“Biz fantastik çıxış etdik. Matçın başlarında biz xüsusən fərqli idik. Hər dəfə topa yiyələndiyimizdə hücum edirdik və elə görünürdü ki, biz istənilən vaxt onları narahat edə bilərik. Biz 2, 3, 4, 5 qol da irəlidə ola bilərdik, bu, uşaqlara bir məsləhətdir. Onlar çox yaxşı oynadılar.

Onlara qarşı oynamaq çox çətindir və onların oyunçuları meydanın hər bucağından gəlirdilər, bizim uşaqlar çox yaxşı müdafiə olundular”.

NƏTİCƏYƏ LAYİQ İDİK

“Birinci hissədə biz möhtəşəm idik. Gözəl və sürətli hücum futbolu oynadıq, zaman-zaman topu da özümüzdə yaxşı saxladıq. Sadəcə uzun toplardan istifadə etmirdik. Cəld kombinasiyalar və yerdəyişmələr izlədik, oyunçulardan çox razı qaldım. Onlar buna layiqdirlər. Bizim bərpa olmaq üçün 24 saatdan az vaxtımız var idi və həm “Tottenhem”lə oyun, həm də bu bizi yordu. Lakin biz yorğun olsaq da, sona qədər oynadıq və nəticə əldə etdik. Mentalitet möhkəmdir”.

VAN-BİSSAKANI KEÇMƏK OLMURDU

“Bugünkü oyunda nəyə görə bu 3 oyunçunu transfer etdiyimizi gördünüz. Onlar mənim oynatmaq istədiyim, klubun oynatmaq istədiyi futbola çox yaxşı uyğunlaşırlar. Onlar təvazökar, çalışqan və dəyərli uşaqlardır. Aron hamıya qarşı oynadı, Sterlinq, Mahrez, De Bröyne. Və onu keçə bilmirdilər”.

İSTƏDİYİM PERFORMANS İDİ

“Bu mənim “Mançester Yunayted”də görmək istədiyim performans idi. Uşaqların irəli doğru getdiyini görməyi sevirəm. Təbii ki, bu gün biz bəzən lazım olduğu qədər topa sahib ola bilmədik. Amma biz hər zaman inkişaf edirik və oyunçular təcrübə yığırlar. Onlar gənc oğlandırlar. Bissaka bu gün fantastik idi, Fred inanılmaz çıxış etdi və bizim qolkiper də ən yaxşı vəziyyətinə qayıdıb”.

İSTƏNİLƏN VAXT QOL VURA BİLƏRDİK

“Məşqçilər korpusunun hazırlıqları əla iş çıxartdı. Uşaqlar oyun planımızı mükəmməl şəkildə həyata keçirdilər və onların qolkiperləri də bir neçə önəmli qurtarış etdi. Biz çoxlu qol şansları yaratdıq. Bu gün bizim müdafiəmizdən danışmaqla bərabər, həm də hücum anlamında əla çıxış etdiyimizi deyə bilərsiniz. Xüsusən ilk hissədə fantastik oynadıq. Hər dəfə topa sahib olduğumuzda mən qol vura biləcəyimizi hiss edirdim”.

PSJ MATÇINI XATIRLATDI

“Biz şəhəri qırmızıya boyadıq. Gecə özümüzdən zövq almalıyıq. Mənim üçün bir neçə şüşə qırmızı şərab olacaq.

Bu nəticə PSJ matçını xatırlatdı və biz azarkeşlər üçün çox xoşbəxtik. Şəhərə çıxın və qələbədən həzz alın”.


Mənbə: manutd.com

0 comments