Klubun baş skautu Holandı izləyib

Erlinq Zalsburq
Paylaş:

“Mançester Yunayted”in baş skautu Marsel But “Red Bull Salzburq”un oyununda olub, hansı ki, Çempionlar Liqasının qrup mərhələsinin son oyun günündə evində “Liverpul”a məğlub oldu.

“Red Bull Arena”da müxtəlif klublardan 40-a yaxın skautlar var idi, lakin Sky Sports telekanalının məlumatında deyilir ki, But məhz 19 yaşlı Erlinq Holandın oyunu üçün stadionda idi.

Bu mövsüm norveçli gənc futbolçu klubunda 22 oyuna 28 qol vurub, onların 8-i Çempionlar Liqasında keçirtdiyi 6 oyunda qeydə alınmışdı və mətbuat da yazır ki, futbolçuya “Yunayted”, “Yuventus”, “Barselona”, “Real” və “Liverpul” tərəfindən maraq var.

Telekanalın məlumatına görə Holand “Red Bull Qrup”un maraqlarına uyğun olaraq davam etdirmək variantını də nəzərdə saxlayıb və “Red Bull Leypziq” klubunda davam etdirə bilər.


Mənbə: Sky Sports

0 comments