Romero: “Uzun müddət “Yunayted”də qalmaq istəyirəm”

Serxio Romero
Paylaş:

Serxio Romero etiraf edib ki, hələ uzun müddət “Mançester Yunayted”də qalmaq istəyir. Argentinalı qapıçı “Yunayted”ə 2015-ci ildə qoşulub və o vaxtdan bəri əvəzedici qapıçı rolunu oynayır.

Bütün bunlara baxmayaraq Romero iddia edir ki, “Yunayted”də çıxış etmək onun xoşuna gəlir və hər dəfə meydana çıxanda özünün uşaqlıq arzusunu həyata keçirir.

“Əgər sən dünyanın ən böyük klubunda oynamaq şansını, onun formasını geyinmək şansını qazanırsansa, bu sənin arzularının həyata keçməsidir” – 32 yaşlı qapıçı “AZ Alkmar” ilə oyundan öncə deyib.

“Belə şansdan imtina etmək mümkün deyil. Mənə “Mançester Yunayted”dən təklif gələndə ara-sıra oynayacağımla barışa bilmirdim. Mənim ikinci qapıçı olmaq istəyim yox idi və Lui van Qal mənə oynamaq şansı verəndə ondan yaxşı istifadə edirdim”.

“Bu klubda biz hamımız, məşqçi heyəti və oyunçular, böyük bir ailəyik və bizim bir hədəfimiz var: meydana çıxanda mübarizə aparaq, kuboklar qazanaq, azarkeşlərimizi sevindirək”.

“Mən bu klubda dörd fantastik mövsüm keçirmişəm. Burada mümkün olduqca çox qalmaq istəyirəm. Əgər mən daha çox oynasaydım dünyanın ən xoşbəxt qapıçısı və insanı olardım”.

“Amma baxmayaraq ki, hər zaman oynamıram, mən yenə də vəziyyətimdən razıyam, çünki mən böyük klubdayam və burada hələ çox qalmaq isrtəyirəm”.


Mənbə: manutd.com

0 comments