AL-da mümkün rəqiblərimiz bəlli oldu

Avroliqa
Paylaş:

Dünən  Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin bütün oyunları yekunlaşdı. Adları məlum olan 14 klubdan biri “Mançester Yunayted”lə Avropa Liqasının pley-off mərhələsində qarşılşacaq.

“Qırmızı şeytanlar” Avropa Liqasının qrup mərhələsində 2-ci pilləni tutmuş komandalardan biri ilə, həmçinin, Çempionlar Liqasında qrupda üçüncü yeri tutmuş komanda ilə də qarşılaşa bilər.

Qaydalara görə növbəti mərhələdə “Yunayted” digər ingilis komandası ilə (“Vulverhempton”) və öz qrupunda yer almış komanda ilə (“Alkmar”) qarşılaşa bilməz.

Püşkatma 16 dekabrda İsveçrənin Nyon şəhərində keçiriləcək.

“Yunayted”in Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri:

APOEL (Nikosiya)

“Kopenhagen”

“Xetafe”

“Sportinq” (Lissabon)

Kluj

“Ayntraxt” (Frankfurt)

“Reyncers” (Qlazqo)

Ludoqorets (Razqrad)

“Volfsburq”

“Roma”

“Brügge”

“Olimpiakos” (Pirey)

“Şaxtyor” (Donetsk)

“Bayer” (Leverkuzen)


Mənbə: manutd.com

0 comments