Fan-klubun bayram təbriki

Baku Reds
Paylaş:

Dəyərli “Mançester Yunayted” azarkeşləri, “Baku Reds” fan-klubu olaraq hər birinizi Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, 2020-ci ilin sizlər üçün düşərli olmasını arzu edirik.

2019-cu ili geridə qoyduq və bu il bizim üçün ən yaddaqalan və önəmli hadisə 10 ildən artıqdır fəaliyyət göstərən fan-klubumuzun “Mançester Yunayted” tərəfindən qeydiyyata alınması və bizə rəsmilik statusunun verilməsi oldu. Komandamızın baş məşqçisi Ole Qunnar Sulşer tərəfindən fan-klub adına göndərilən xüsusi təbrik məktubu isə sevincimizə sevinc qatdı. “Baku Reds” olaraq 2020-ci ildə daha yaxşıya doğru inkişaf edəcək və yeni-yeni layihələrlə görüşünüzə gələcəyik.

Bizə dəstək olan hər bir “qırmızı şeytan”a təşəkkür edir, yeni ildə sizlərə kubok sevincləri və böyük uğurlar arzu edirik. Bayramınız mübarək olsun!

Hörmətlə, “Baku Reds” ailəsi…

Image may contain: 9 people, people smiling, people standing and indoor

Image may contain: 7 people, people smiling, people standing and indoor

Image may contain: 1 person, standing and indoor

Image may contain: 4 people, people smiling, people standing

0 comments