Sulşer: “Poqba ilə Rayola haqqında danışacam”

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer bildirib ki, Pol Poqbanın agenti Mino Rayola “Mançester Yunayted”i açıq şəkildə tənqid etməsini düzgün hesab etmir və söz verdi ki, bu məsələ ilə bağlı yarımmüdafiəçinin özü ilə danışacaq.

İkinci günü Sky Sports telekanalına müsahibəsində Rayola bildirmişdi ki, Poqba “Yunayted”də xoşbəxtdir, əgər klub kuboklar uğrunda mübarizə aparacaqsa, orada qalmağa görə şad olardı.

Bunun ardınca İtaliyaya qayıdan agent verdiyi müsahibəsində deyib ki, bir daha “Yunayted”ə oyunçu göndərməyəcək, əlavə olaraq bildirib ki, klub Pele Maradona, Maldini kimi futbolçuların da karyerasını məhv edər.

İngiltərə Kubokunun üçüncü mərhələsindən öncə Ole Qunnar Sulşerdən soruşublar ki, agentlər klublar haqqında danışa bilərlərmi?

“Xeyr. Mən Poqba ilə bu haqda danışa bilərəm. Mən düşünmürəm ki, agentlərlə və ya bizim haqda danışan agentlərlə danışmalıyam. Amma Pol bizim oyunçumuzdur və bu oyunçular agentlərini dəyişirlər, agentlər oyunçuları yox. Bunlar bizim oyunçulardır, agentlərin deyil”.

Sulşer Poqbaya Rayolanın fikirlərini bəyənməməsi haqqında etdiyi söhbət haqqında jurnalistlərə ətraflı məlumat verməyib.

“Mən Poqba ilə nələri müzakirə etdiyim haqqında sizə heç nə demiyəcəm. Bu bizim aramızda qalacaq”.

Əlavə olaraq Ole Qunnar Sulşer fransız yarımmüdafiəçinin əməliyyata ehtiyacı olduğunu təsdiqləyib və təxminən 3-4 həftə komandadan ayrıə düşəcək.


Mənbə: Sky Sports

0 comments