Sulşer van Persinin tənqidinə cavab verib

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer bildirib ki, Robin van Persinin onun komandasının idarəetmə tərzini tənqid etməyə haqqı yoxdur.

BT Sport telekanalında ekspert kimi çıxış edən Robin van Persi “Arsenal” ilə oyundan sonra Sulşerin gülməsinə görə tənqid etmişdi.

Cümə günü baş tutmuş mətbuat konfransında norveçli baş məşqçi bu tənqidlə bağlı öz fikirlərini bölüşmüşdü.

“Mən Robini tanımıram, Robin də məni tanımır. Yəqin ki, onun komandamın idarəetmə tərzini tənqid etməyə haqqı yoxdur və mən dəyişməyəcəm”.

“Bu tamamilə dəqiqdir. Bəli, Ropbin mənim oyun formam olan 20 nömrəni götürdü və bu yəqin ki, məndən ala biləcəyi yeganə şey olacaq. Çünki mən orta əsrlərdə yaşamıram”.


Mənbə: ESPN

0 comments