Sulşer “Vulverhempton” ilə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer hesab edir ki, İngiltərə Kubokunun üçüncü mərhələsində “Vulverhempton” ilə səfər matçında qeydə alınana bərabərlik ədalətli nəticə hesab olunmalıdır.

Hər iki komanda 90 dəqiqə ərzində bir-birlərinin qapısından top keçirə bilmədi və bu o deməkdir ki, rəqiblər “Old Trafford”da cavab oyununa çıxacaqlar.

HEÇ-HEÇƏ ƏDALƏTLİ NƏTİCƏDİR

“Canavarlar” yaxşı komandadır, fiziki və güclüdürlər. Mənə elə gəlir ki, ilk hissədə yaxşı oynadıq, topla dominantlıq edirdik. Amma oyunun ikinci hissəsində onlar aradkı fərqi azalda bildilər və bizə çətinliklər yaratdılar. Əlbəttə, bizim bəxtimiz gətirdi ki, o, (Mett Doerti) topa uğursuz zərbə endirdi və top əlinə dəydi. Amma bu bərabər səviyyəli oyun idi və hesab edirəm ki, heç-heçə ədlətli nəticədir”.

“MOLİNYU”DA ƏSAS ANLAR

“Onların bir təhlükəli vəziyyətləri oldu və Serxio əla seyv etdi, əlavə bir neçə təhlükəli vəziyyətlər də oldu. Biz də qol epizodları yarada bildik. Xuanın cərimə zərbəsindən bəxti gətirmədi, Markus – adətən, belə zərbələrdən sonra top qapıdan keçir. Bəxtimiz gətirmədi, top müdafiəçiyə dəydi, ardınca isə tirə tuş gəldi. O, birinci ya ikini toxunuşda zərbə endirə bilərdi, amma top həmin andaca onun ayağına rahat oturmamışdı. Ona lazım gəldi ki, əlavə toxunuşlar etsin və Koudi ona çatmağı bacardı. Təəssüf, çox yaxın idik”.

MÜMKÜN PENALTİ HAQQINDA

“Məncə bu penalti idi. Top artıq Brendonda idi, həmin oğlan isə onun ayağına zərbə endirdi. Ola bilsin ki, digər tərəfdən baxanda toxunmamışdı, amma penalıti təyin etmək olardı. Hər şeyi xırda detallar həll edir, futbol bu cürdür. Demək olmaz ki, bu açıq-aşkar bir səhv idi, bu həmin epizod deyil ki, buna VAR qarışsın”.

ÇONQ VƏ ROMERO YAXŞI OYNADILAR

“Məncə Tahit Çonq fantastik oyun keçirtdi. Onlara çox böyük problemlər yaşatdı, ondan tam razıyam. Romero mövqe seçimini əla səviyyədə edirdi, təcrübəli qapıçıdır, müdafiəçilərin bəxti gətirdi ki, arxalarında belə qapıçı var. Romero onlara özünəinam hissi verirdi. Mənim də bəxtim gətrdi ki, belə bir ehtiyat qapıçım var, lazım olanda De Heaya istirahət verə bilərəm”.

KUBOK UĞRUNDA MÜBARİZƏYƏ DAVAM EDİRİK

“Biz ümid edirdik ki, mərhələni bu gün keçəcəyik, amma hələ də mübarizədəyik. Mən Kubokda təkrar oyunun tərəfdarıyam. Biz başa düşürdük ki, burada qələbə qazanmaq çətindir. İkinci oyun evdə olacaq və bizim dördüncü mərhələyə yüksəlmək şansımız daha çoxdur”.

ROTASİYA QAÇILMAZDIR

“Hazırda mövsümün elə hissəsindəyik ki, necə oynayacağımızı başa düşürük, amma bunun üçün tez bərpa olunmalısan. Biz oyunlararası vaxtda taktiki hazırlıqlarla məşğul oluruq. Fikirləşirəm ki, taktiki olaraq biz bu oyunlara hazırıq, biz yığışdığımız otaqda bütün vəziyyəti lövhədə həll edə bilərik. Bunun üçün bizə dincəlmiş beyinlər və ayaqlar lazımdır. Bəzi uşaqlar çox oynayıblar və yorulublar, digərləri çox oynamayıblar və bu oyunun sonunda özünü göstərdi”.


Mənbə: manutd.com

0 comments