Sulşer: “Ferqyusonun futbola təsiri Qvardioladan daha çoxdur”

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer əmindir ki, məhz ser Aleks Ferqyuson ingilis futboluna daha çox təsir qoyub, nəinki Pep Qvardiola.

Qvardiola və onun komandası bu gün “Old Trafford”da Liqa Kubokunun yarımfinalının ilk matçı üçün səfər edəcəklər. Bu matçdan əvvəl “Tottenhem” və “Lester”in keçmiş hücumçusu Qari Lineker sosial şəbəkələrdə Pep Qvardiolanın ingilis futboluna daha çox təsir qoyması haqqında sosial sorğu keçirmişdi.

Sulşerə bu mövzu ilə bağlı sual verəndə belə cavab verib: “Etiraf etməliyəm ki, o, “Barselona”ya başçılıq edən gündən futbola daha çox xeyir verib, onun təsiri çox böyükdür. Mən Pepin komandalarına heyran olmuşam”.

“Amma mən mütləq etiraf etməliyəm ki, ən nüfuzlu məşqçinin rəhbərliyi altında oynamışam. Biz dünyanın ən yaxşı məşqçilərindən birini görürük və görürük ki, öz dahiliyini haradan götürür”.

“Xoşbəxtlikdən mənə Yohan Kroyf ilə görüşmək nəsib olub, o zaman ki, Yordi onda bizim komandada idi. Onların yanaşmalarındakı oxşarlıqları görmək olar”.

Sulşer etiraf edir ki, onun komandası “Siti”dən geridədir, buna baxmayaraq, onun fikirinə görə “Yunayted” hələ də dünyanın ən böyük klubu olaraq qalmaqdadır.

“Zaman dəyişib. “Siti”in yeni sahibləri gəldikdən sonra biz başa düşürdük ki, onlar nələr edəcəklər. Futbolda məni heç nə təəccübləndirmir. İndiyə kimi etdiklərindən sonra layiq olduqları yerdədirlər”.

“Biz hələ də dünyanın ən böyük klubu olaraq qalmışıq, amma, əlbəttə ki, biz əvvəlki zirvəmizə qayıtmaq istəyirik. Amma bunun üçün vaxt lazımdır. Bu klubda bizim başqa seçimimiz də yoxdur, biz indi bu vəziyyətdəyik və bizə atılan çağırışları qəbul etməliyik”.

“Biz “Mançester Yunayted”ik. Biz zirvələrdə idik, biz aşağılarda idik, amma hər zaman qayıtmışıq”.


Mənbə: Sky Sports

0 comments