BBC: “Yunayted” Eşli Yanqın transfer qiymətini “İnter” ilə razılaşdı”

Eşli Yanq
Paylaş:

“Mançester Yunayted” Eşli Yanqı Milan “İnter”inə 1.28 milyon funta (1.5 mln avro) buraxmağa razı olub.

34 yaşlı futbolçu artıq “İnter”ə keçməsi üçün “Yunayted”ə xəbər verib və klubun son üç oyununda iştirak etməyib.

Razılığa bonuslar da əlavə olunub, əgər “İnter” mövsümün sonunda İtaliya çempionu ola bilsə, onda əlavə məbləğ ödəməli olacaq. Yanq bu gün Milanda tibbi müayinədən keçməlidir və ardınca klubla şəxsi müqaviləsinə imza atacaq.

Yanq “Old Trafford”da 8 mövsüm yarım keçirtdi və indiyə kimi 261 oyunda iştirak edib. Bu mövsüm komandanın kapitanı kimi meydana çıxıb, amma bu mövsüm yalnız 10 dəfə start heyətdə meydana çıxıb.

İngiltərə millisində 39 oyun keçirən Yanq 2011-ci ildə “Aston Villa”dan “Yunayted”ə keçmişdi və 2012/13 mövsümündə Premyer Liqanı, 2015/16 mövsümündə İngiltərə Kubokunu, həmçinin, 2016/17 mövsümündə Avropa Liqasını və Liqa Kubokunu qazanan heyətdə idi.

Yayda Romelu Lukakunu transfer edən və Aleksis Sançesi icarəyə götürən “İnter” hazırda özçempionatında “Yuventus”dan iki xal geri qalmaqla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.


Mənbə: BBC

0 comments