“Liverpul” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer Premyer Liqa çərçivəsində keçiriləcək “Liverpul”la oyundan öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

REŞFORDUN ZƏDƏSİ HAQQINDA

“İndi heç nə deyə bilmərəm, necə ki, bir neçə gün bundan qabaq Harri illə eyni vəziyyət idi. Əlbəttə, biz ona bir az da vaxt verəcəyik ki, hazır olub-olmadığını görə bilək. Bu gün biz onu bir daha yoxlayacayıq və müalicə edəcəyik. Dünən futbolçular bərpa prosesini keçib. Mən fikirləşirəm ki, çox güman, o, hazır olmayacaq, amma yenə də bir az gözləyək. Hələ 48 saatımız var”.

LİVERPUL HAQQINDA

“Bizə çox-çox yaxşı çıxış etmək lazım olacaq ki, oradan nəticə ilə qayıda bilək, keçən ay biz “Siti”ni məğlub etdik, PSJ ilə çətin oyunumuz olub. Liqanın liderinə qarşı səfərə çıxanda məhz bu cür oynamaq lazımdır. “Old Trafford”dakı son iki oyunda heç-heçə qeydə alındı və hər iki oyunda qələbəyə yaxın idik, ona görə də xatırlaya biləcəyimiz çox nümunələr var və bu bizə qələbə qazanmağa inam verir, əgər yüksək səviyyədə çıxış edə bilsək”.

EŞLİ YANQ HAQQINDA

“Səmimi olsaq, Eşlinin yayda 35 yaşı olacaq, əgər kimsə ona iki illik müqavilə təklif edirsə, onu qəbul etmək onun hüququdur. O, klubda yaxşı çıxış edib, o, kapitandır, kuboklar qazanıb, amma bizim akademiyadan gələn oyunçularımız da var”.

“MAQUAYR YENİ KAPİTANDIR”

“Harri hazırda kapitan sarğısını daşıyır və daşımadağa da davam edəcək. O, bu heyətdə liderdir, bu məni təəccübləndirmir. Onun liderlik keyfiyyəti məni heyran edir, ona görə də sarğı onda qalacaq. O, komandaya qoşulanda hər kəs mənə dedi ki, o, liderdir. O, həmin yaşda böyük olan oyunçulardandır ki, gəncləri öz arxasıyca apara bilir. Eşli də bu siyahıdan idi, David, Markus və Harri də, ona görə də Harri kapitan olaraq qalacaq”.

“ENFİLD”İN QORXUNC ATMOSFERİ HAQQINDA

“Mən oyunçu kimi “Enfild”də həm qələbə qazanmışam, həm də məğlub olmuşam. Biz həmişə bu oyunu səbrsizliklə gözləyirik, belə oyunlar futbolşular üçün ciddi bir çağırışdır, çünki liqanın liderlərinə qarşı oynayacaqlar. Bir neçə oyunda biz yaxşı çıxış etdik, amma “Enfild”də oynamaq başqa bir işdir. Bu oyundan həzz almaq lazımdır, amma bu yer qorxunc ola bilər. Amma biz bacardığımız qədər yaxşı hazırlaşacayıq”.

BRENDON UİLYAMSIN NİZAM-İNTİZAMI HAQQINDA

“Sizə elə gəlir ki, mən onunla danışmalıyam? O, özünü sadəcə möhtəşəm göstərə bilib, o, heç vaxt mübarizədən qorxmur. Cəmi 19 yaşı var, 10 ya 11 dəfə start heyətdə meydana çıxıb, amma xarekter cəhətdən mənə Qari Nevilli çox xatırladır. Məncə “Enfild” səfəri onun çox xoşuna gələcək”.

“YUNAYTED” 30 İL ÇEMPİONSUZLUQ YAŞAYA BİLƏR?

“Bunun baş verməməsi üçün çalışırıq. Qoy bu bizim üçün bir dərs olsun. Biz özümüzə növbəti 24 ildə çempion olmamağı izn verə bilmərik. Mən bu kluba inanıram, biz zirvələrə qayıdacayıq”.

YANQIN ƏVƏZİNƏ OYUNÇU ALINACAQMI?

“Timoti zədədən qayıdıb, Hollandiya millisində də sağ cinahda çıxış edib. Onun qayıdışını gözləyirik. Dioqu heyətə qayıdıb, ona görə də cinah müdafiəçilərlə bağlı problemlərimiz yoxdur”.

KLOPP DEYİR Kİ, “YUNAYTED” ANCAQ MÜDAFİƏ OLUNUR

“Mən fikirləşmirəm ki, bu təhqirdir, bunu kompliment kimi də qəbul etmək olar, çünki biz çox yaxşı müdafiə olunur. Əgər rəqib komandanın məşqçisi narazıdırsa, bu yaxşı əlamətdir, bizim uşaqlar özlərini yaxşı göstərə bilmişdilər, məncə hər iki oyunda biz qələbəyə daha yaxın idik”.


Mənbə: Manchester Evening News

0 comments