Sky: “Yunayted” Bruno Fernandeş transferini bitirmək üzrədir

Bruno Fernandeş
Paylaş:

“Sky Sports” xəbər verir ki, “Mançester Yunayted” Bruno Fernandeşin transferi barədə “Sportinq Lissabon” klubu ilə razılıq əldə etməyə çox yaxındır.

Bildirilir ki, 25 yaşlı yarımmüdafiəçi üçün “Yunayted” qarşı tərəfə ilkin olaraq 43 milyon funt-sterlinq ödəyəcək. Əlavədən ödəniləcək 17 milyon funt-sterlinqlə birlikdə, MY Fernandeşi ümumilikdə 60 milyon funt-sterlinqə heyətinə qatacaq.

Bruno bu gecə Lissabon derbisində son dəfə “Sportinq” forması ilə meydana çıxacaq və azarkeşlərlə sağollaşacaq. Sabah onun tibbi müayinədən keçmək üçün Mançesterə yola düşəcəyi qeyd olunur.

Keçid tamamlanarsa, Bruno Fernandeş yayda “Benfika”dan “Atletiko Madrid”ə keçən Joao Felişdən sonra Portuqaliya klubundan başqa bir kluba keçən ən bahalı portuqaliyalı kimi tarixə düşəcək.


Mənbə: Sky Sports


0 comments