Sulşer “Liverpul” ilə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

“Liverpul” ilə qarşılaşmada 2:0 hesabı iulə məğlub olduqdan sonra “Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer oyun haqqında fikirlərini bölüşüb.

İKİNCİ HİSSƏDƏKİ REAKSİYA HAQQINDA

“Mən düşünürəm ki, bizim reaksiyamız çox yaxşı idi. Əlbəttə, ikinci hissənin ilk 10 dəqiqəsində onlar bizi arxaya çəkilməyə məcbur etdilər – yaxşı komandaya qarşı oynayanda belə olur, amma bizim əla qapıçımız var idi, hansı ki, fantastik seyvlər edirdi. Bizim müdafiəçilərimiz var ki, öz işlərini əla gördülər və bizə oyuna qayıtmağa kömək etdilər.

Biz qol epizodları yaratdıq, təhlükəli epizodlar idi, biz rəqibə pressinq edirdik və topu yaxşı ötürürdük. Amma sonuncu top, bitirici zərbə və ya sonuncu asma kifayət qədər yaxşı deyildi”.

REŞFORDUN VƏZİYYƏTİ HAQQINDA

“Markusda stress sınığı var, hansı ki, “Vulverhempton” ilə oyunda bu zədəni aldı. Bu zədə məhz həmin oyunda oldu, daha əvvəl yox. Onun bəxti gətirmədi və müəyyən müddətlik sıradan çıxdı.

O, fasilədən sonra qayıdacaq. Mən dəqiq bilmirəm nə vaxt, həkim deyiləm, adətən, stress sınığının sağalması  altı həftə çəkir. Daha sonra ona reabilitasiya prosesi lazım olacaq və bundan sonra qayıda biləcək”.

ZƏDƏLƏR HAQQINDA

“Bu mövsüm tez-tez bizim əsas oyunçularımız zədələnir. İndi Markus da zədəlidir, buna qədər Marisal bir neçə ay buraxmalı olmuşdu, Pol artıq yarım mövsümdür ki, oyunlardan uzaqdır, Skott da bir neçə ay olmayacaq. Bizim sadəcə bəxtimiz gətirmir. İndi transfer pəncərəsi açıqdır və biz qısamüddətli icarə variantlarına baxa bilərik, hansı ki, yaya qədər bizə kömək ola bilərlər.

Biz birdəfəlik transferləri də nəzərdən keçiririk, çünki zədəlilərimiz çoxdur. Əgər o, düzgün seçim və bizə uyğun olacaqsa, onda müqavilə bağlayacayıq. Əgər icarə variantı olacaqsa, onu da nəzərdən keçirəcəyik. Amma bütün uşaqlar sona qədər mübarizə aparmağa hazırdılar”.

FREDİN OYUNU HAQQINDA

“O, möhtəşəm icraçıdır! Məncə artıq bütün azarkeşlərimiz gördü ki, niyə biz ona güvənirdik. O, meydanın bütün ot olan hissəsini bağlamışdı və demək olar ki, bütün mübarizələrdən qalib ayrıldı. İndi özünü topla daha inamlı hiss edir. Mən ondan çox razıyam”.

“LİVERPUL” ƏSƏBİ İDİ

“Əlbəttə, heç kim uduzanda şad olmur. Biz ilk qoldan sonra məyus idik, standart vəziyyətdən vurulan qoldan sonra. Biz bunun öhdəsindən gələ bilmədik. Amma biz son yarım saatı çox yaxşı keçirtdik. Biz rəqibi qapılarına sıxmışdıq, ikinci hissədə topla daha çox oynayırdıq və təhlükəli anlar yaradırdıq. Biz təzyiq edirdik və rəqib əsəbləşirdi. Biz hamını qol vurmaq üçün irəliyə çəkdik, amma onlar bundan istifadə edib qol vura bildilər”.


Mənbə: manutd.com

0 comments