“Yunayted” Bruno Fernandeşi təqdim etdi

Bruno Fernandeş
Paylaş:

“Mançester Yunayted” bəyan edir ki, “Sportinq Lissabon” klubundan 25 yaşlı yarımmüdafiəçi Bruno Fernandeş ilə 1 il artırma bəndi daxil, 5.5 illik müqavilə imzalanıb.

Fernandeş “Sportinq” klubunda meydana çıxdığı 137 oyunda 63 qol, 52 məhsuldar ötürmə ilə yadda qalıb. Milli komanda ilə 19 matçda oynamaq şansı əldə edən Bruno ötən il millisinin UEFA Millətlər Liqasını qazanmasında önəmli pay sahibi olmuşdu.

Müqavilə imzaladıqdan sonra Bruno Fernandeş deyib:

“Mənim “Mançester Yunayted”ə olan sevgim Kriştiano Ronaldonu izləməyə başlayandan yaranıb və o vaxtdan bəri mən bu böyük klubun böyük bir heyranıyam. Mənim üçün indi “Yunayted”də oynamaq inanılmaz bir hisdir. Bu ana gəlib çıxmaq üçün mən çox çalışmışam və indi azarkeşlərə söz verə bilərəm ki, mən bu nişan üçün hər şeyimi verəcək, daha çox uğur və mükafatlar qazanmaq üçün komandaya kömək edəcəyəm. Mən “Sportinq” klubuna mənə etdikləri hər şey üçün təşəkkürlər etmək istəyirəm. Bu komandada oynamış bəzi oyunçuların mənim haqqımda xoş sözlər deməsi inanılmaz bir şeydir. Mən Oleyə və “Mançester Yunayted”dəki hər kəsə mənə qarşı göstərdikləri inam üçün təşəkkür edir və bunun əvəzini meydanda vermək üçün səbirsizlənirəm”.

Ole Qunnar Sulşer:

“Biz Brunonu bir neçə aydır izləyirdik və burdakı hər kəs onun komandamıza gətirə biləcəyi keyfiyyətləri görərkən heyrətə gəlib. Ən vacibi odur ki, o, mükəmməl bir insan və şəxsiyyətdir, onun liderlik keyfiyyətləri də hər kəsə aydındır. Brunonun vurduğu qollar və etdiyi assistlər haqqında hər şeyi deyir. Bizim komandaya mükəmməl bir əlavə olacaq və mövsümün geriyə qalan hissəsindəki mübarizəmiz üçün bizə kömək edəcək. Onu heyətlə tanış etmək baxımından qış fasiləsi çox mükəmməl bir vaxtda gəlir”.


Mənbə: ManUtd.com


0 comments