Klubun yeni oyunçuları Avropa Liqasında iştirak edəcəklər

Odion İqalo
Paylaş:

“Mançester Yunayted” Odion İqalo və Bruno Fernandeşin bu mövsüm Avropa Liqasının oyunlarında iştirak edəcəyini bəyan etdi.

Klubun rəsmi saytı xəbər verir ki, Odion İqalo klubun Avropa Liqasının matçları üçün təyin olunmuş heyətinə daxil edilib və “Brügge” ilə qarşıdakı oyunda iştirak edə biləcək.

Qış transfer pəncərəsinin son günündə komandanın heyətinə qoşulan nigeriyalı hücumçu klub ilə birlikdə İspaniyadakı təlim-məşq toplantısına qatılmayıb, əvəzində Mançesterdə qalaraq fərdi məşqlərlə məşğul olur. O, yeni futbolçu yoldaşları ilə komanda İngiltərəyə qayıdandan sonra qoşulacaq.

Komandanın daha bir yeni futbolçusu portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeş də “Yunayted”in heyətində Avropa Liqasında iştirak edə biləcək, baxmayaraq ki, qrup mərhələsində “Sportinq”in heyətində çıxış etmişdi. Bu mövsümdən etibarən AvropaLiqasında edilən dəyişiliklərdən sonra Fernendaş “Yunayted”in heyətində bu turnirdə iştirak edə biləcək.


Mənbə: manutd.com

0 comments