Vudvord: “Növbəti yay bizim üçün çox vacib olacaq”

Ed Vudvord
Paylaş:

Ed Vudvord bildirib ki, “Mançester Yunayted” qarşıdakı yay transfer pəncərəsinə kuboklar qazana biləcək bir heyət qurmaq baxımından çox ciddi hazırlaşır.

Yanvarda “Yunayted” “Sportinq”dən portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeşi transfer etdi, amma Vudvord söz verdi ki, Ole Qunnar Sulşerə yayda heyəti gücləndirmək üçün daha çox pulayrılacaq.

“Bizim transfer fəaliyyətimiz mövsüm ərzində təhlildən və oyunçuların seçilib yay transfer pəncərəsində heyətimizə qatmaqdan ibarətdir” – Vudvord deyib.

“Komandanın yenidən qurulmasının bir hissəsi olaraq, gələn yayı əhəmiyyətli bir fürsət olaraq görürük”.

“Son illər transferlərdə pul xərcləməkdən xəsislik etmədik və Ole Qunnar Sulşer baş məşqçi təyin olunandan artıq 200 milyondan çox transferlərə xərc çəkmişik. Bizim hədəfimiz transfer fəaliyyətimizin keyfiyyətində stabilliyə nail olmaqdır”.

“Bizim transfer şöbəmiz açıq bir plan və fəlsəfəyə uyğun olaraq Ole və onun məşqçi heyəti ilə birlikdə işləyir. Biz təcrübə və böyük potensiala sahib ən yaxşı gənc oyunçuları, akademiyamızın məzunlarını bir araya gətirmək istəyirik”.

“Bruno Fernandeşin alınması, əsas oyunçuların zədədən qayıtmasından sonra Oleyə və onun komandasına mövsümün ikinci hissəsini keçirməyə kömək edəcək”.

“Biz Avropa Liqasında və İngiltərə Kubokunda mübarizəmizi davam etdiririk, həmçinin, Çempionlar Liqasına düşmək üçün, qarşıda bizi çox oyun gözləyir”.

“Klub və rəhbərlik başa düşür ki, biz hələ istədiyimiz zirvəyə qalxa bilməmişik. Daimi olaraq Premyer Liqa və Çempionlar Liqası uğrunda mübarizə apara biləcək komanda qurmaq bizim əsas hədəfimizdir”.

“Tərəqqi həmişə hamar olmasa da, klubdakı hər kəs bu məqsədə çatmaq üçün əlindən gələni etməyə çalışır”.


Mənbə: ESPN

0 comments