Koronovirus “Yunayted”in planlarına maneə olur

Çin
Paylaş:

ESPN telekanalı xəbər verir ki, “Mançester Yunayted” yay təlim-məşq toplantısının hazırlıqlarına fasilə verib.

Adətən, klub artıq bu vaxtlarda yay təlim-məşq toplantısı haqqında məlumat veriridi, amma bu dəfə klubun planlarına karonovirus epidemiyası maneə olub.

Telekanal deyir ki, qarşıdakı yayda “Yunayted” Çinə səfər planlaşdırmışdı, çünki Pekində, Şanxayda və Şenyan şəhərlərində özünün əyləncə mərkəzlərini açmağı düşünürdü. Həmçinin, klub Hindistanda və Asiyada yoldaşlıq görüşləri üçün danışıqlar aparırdı, amma hazırkı vəziyyətdə “Yunayted” epidemiya ilə bağlı vəziyyətin inkişafı ilə bağlı proqnozlar üzrə mütəxəssislərlə məsləhətləşməyə məcburdur. Artıq 40 000-dən çox insan bu epidemiyaya yoluxub.

ESPN telekanalını mənbələrinə istinadən xəbər verir ki, “Yunayted”də vəziyyətin inkişafını izləyəcəklər. Əgər Çində vəziyyət stabilləşməsə, klub növbəti yay təlim-məşq toplantısını yenidən ABŞ-da keçirməli olacaq. Son altı ildə “qırmızı şeytanlar” artıq dördüncü dəfə olacaq ki, Amerika qitəsinə səfər edəcək.


Mənbə: ESPN

0 comments