Hazırkı mövsüm iyunun 1-dən davam edəcək

premyer liqa
Paylaş:

The Telegraph özünün eksklüziv materialında xəbər verir ki, İngiltərə Premyer Liqası cari mövsümün iyunun 1-dən davam edəcəyini və cəmi altı həftə çəkəcəyi ilə bağlı ilkin planını təsdiqlədiyini bildirib. Buna baxmayaraq yeni mövsüm 8 avqustda start götürəcək.

Belə bir qrafik yüksək əmək haqqı xərcləri olan klublara maliyyə fəlakətinin qarşısını almağa imkan verəcək.

1 iyun tarixi hələ ki, şərtidir və sonradan dəyişdirilə bilər. Amma çempionat yayın ilk günündə başlayacaqsa, onda bütün oyunlar azarkeşsiz keçiriləcək.

Gözlənilir ki, Premyer Liqa və İngiltərə Kuboku təxminən iyulun 11-ə qədər bitəcək, ardınca isə yeni mövsümün başlanğıcına qədər yay tətilinə vaxt qalsın.


Mənbə: The Telegraph

0 comments