Vinaqre: “Bruno məni təəccübləndirmədi”

Bruno Fernandeş
Paylaş:

“Vulverhempton”un müdafiəçisi Ruben Vinaqre bildirib ki, Bruno Fernandeşin “Old Trafford”dakı karyerasının uğurlu alınması onun üçün sürpriz olmadı.

Fernandeş “Yunayted”in heyətində “canavarlar”a qarşı 0-0 bitən matçda debüt etmişdi. Cəmi iki oyundan sonra isə “Uotford”u 3-0 hesabı ilə məğlub etdiyim qarşılaşmada ilk qolunu vura bilmişdi.

Portuqaliyalı yarımmüdafiəçi “Brügge” və “Everton” ilə oyunlarda da fərqlənə bilmişdi və onun həmyerlisi Vinaqre hesab edir ki, Fernandeş mətbuat tərəfindən edilən təriflərin hamısına layiqdir.

“Hər kəs Bruno Fernandeş haqqında eyni fikirdədir. Məncə azarkeşlər və mətbuat onun göstərdiyi oyundan heyran qalıblar və bu təəccüblü deyil. Bruno İngiltərəyə gəldi, gördü və qələbə qazandı”.

“Bu məni təəccübləndirmədi. Mən “Sportinq”i izləyirdim və dərhal hiss olunurdu ki, Bruno digər oyunçulardan fərqlənir”.

“Həqiqət budur ki, o, bura gəldi və dərhal komandaya təsir qoya bildi. O, dərhal özünü “Mançester Yunayted”də yüksək səviyyəli oyunçu kimi təqdim edə bildi və şübhəsiz ki, o, bu vəzifənin öhdəsindən layiqincə gəlsin”.


Mənbə: Manchester Evening News

0 comments