Oyunçular 10 apreldə Karrinqtona qayıdacaqlar

karrinqton
Paylaş:

Əgər “Mançester Yunayted”in futbolçularına koronavirus pandemiyası əngəl olmasa, onda oyunçular 10 apreldə klubun məşq bazasına qayıdacaqlar.

Klubun mətbuat xidmətinin rəhbəri bu haqda Manchester Evening News nəşrinin müxbirinə xəbər verib: “Bu daim nəzərdən keçirilir, amma hələlik qayıtma tarixi 10 aprelə planlaşdırılıb”.

“Yunayted” futbolçulara fərdi məşq proqramları verib və bu proqramla, xüsusilə də klubub yarımmüdafiəçisi Xuan Mata çalışır.

“Hələlik vəziyyətdən yaxşı istifadə edirik. İndi evdəyik, formamızı saxlamağa çalışırıq, bacardığımız qədər məşq eləməyə çalışırıq” – Mata bildirib.

“Biz çalışırıq ki, səbirli və sakit olaq – hələlik bu edə biləcəyimiz yeganə şeydir. Biz gözləməliyik, mütəxəssislərə inanmalıyıq və ümid edək ki, tezliklə futbol oynayacayıq”.


Mənbə: Manchester Evening News

0 comments