Sky: “İqalonun icarə müddəti uzadılacaq”

Odion İqalo
Paylaş:

Sky Sports xəbər verir ki, 31 maya qədər nəzərdə tutulan Odion İqalonun icarə müddəti, çempionatın COVİD-19 karonivirus pandemiyası səbəbi ilə təxirə düşməsinə görə 30 iyuna qədər uzadıla bilər.

İqaloya sahib olan “Şanxay Şenxua” klubu icarə müddəti bitdikdən sonra öz oyunçusunun yolunu gözləyəcək, lakin telekanalın məlumatında deyilir ki, “Mançester Yunayted”in nigeriyalı futbolçunun birdəfəlik transfer etmək imkanı var.

Xatırladaq ki, bu yaxınlarda Ole Qunnar Sulşer bildirmişdi ki, İqalonun “Mançester Yunayted”də nümayiş etdirdiyi oyun keyfiyyəti növbəti mövsümdə də kluba lazım ola bilər.


Mənbə: Sky Sports

0 comments