FA: “İngiltərə Kuboku davam edəcək”

İngiltərə Kuboku
Paylaş:

Manchester Evening News xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası İngiltərə Kubokunun sona çatdırılmasından imtina etmək niyyətində olmadığını bildirib.

FA xəbər verir ki, beşinci diviziondan aşağı olan bütün turnirlər – Milli Liqalar – sıfırlanacaq, lakin idarə heyətinin İngiltərə Kubokunu yarımçıq dayandırmaq fikri yoxdur.

“Kubokda iştirak edən klublar finala çıxmağa yaxındılar və biz bu klublar və onların azarkeşləri üçün hər şey edəcəyik ki, “Uembli” ilə bağlı arzularını saxlaya bilək” – Futbol Assosiasiyasının bəyanatında bildirilir.

Hal-hazırda turnir dörddəbir final mərhələsindədir və bu mərhələdə “Norviç” – “Mançester Yunayted”, “Nyukasl” – “Mançester Siti”, “Lester” – “Çelsi” və “Şeffild Yunayted” – “Arsenal” cütlükləri qarşılaşacaqlar.


Mənbə: Manchester Evening News

0 comments