De Hea virus ilə mübarizəyə yardım edib

David De Hea
Paylaş:

The Evening Standard yazır ki, “Mançester Yunayted”in qapıçısı David De Hea COVİD-19 pandemiya virusu ilə mübarizə üçün 300 000 avro yardım edib.

De Xea gizlin yardımı tibbi avadanlıqlarının alınmasına və Madriddə zərər çəkmiş bəzi ailələr üçün edib.

David öz hərəkətini ictimailəşdirmək istəmirdi, lakin Madrid bələdiyyəsinin sədri İsabel Dias Ayuso öz tvitter hesabında bu haqda məlumat verib: “Çox sağol, David! Cəmiyyətimiz üçün etdiyiniz kömək COVİD-19 ilə mübarizədə bizə çox böyük kömək olacaq. Mənim minnətdarlığımı qəbul edin, sizinlə fəxr edirəm!”.

Xatırldaq ki, İspaniya bu pandemiya virusundan daha çox əziyyət çəkən ölkələr siyahısındadır. Ölənlərin sayı 3500-ə yaxındır və bu göstəricilərə görə İspaniya yalnız İtaliyadan geri qalır.

Virusun ən çox təsir etdiyi zona paytaxtdır, hansı ki, De Hea orada doğulub və böyüyüb.


Mənbə: Evening Standart

0 comments