Keyn: “İnkişaf olmasa, gedəcəm”

Harri Keyn
Paylaş:

Harri Keyn bu yay London təmsilçini tərk edə biləcəyini inkar etməyib və bu bəyanatdan sonra yeni bir transfer şayiələrin yayılmasına yol açacaq, hansı ki, ingilis futbolçunu ya “Old Trafford”a, ya da “Santyaqo Bernabeu”ya aparacaq.

Hal-hazırda zədəsinin sağalması ilə məşğul olan Keyn Sky Sportsun eksperti Ceymi Rednapp ilə söhbətində bildirib ki, əgər Mourinyonun komandası inkişaf etməsə, komandasını tərk edə bilər.

“Karyeramın sonuna qədər “Tottenhem”də qalacağam? Bu elə suallardan biridir ki, nə “yox”, nə də”bəli” cavabını verə bilmirəm. Mən “Tottenhem”i sevirəm və hər zaman da sevəcəm, amma mən hər zaman demişəm ki, əgər komandamın düzgün yolla inkişaf etməsini hiss etməsəm, onda mən o oyunçulardan deyiləm ki, yalnız sevgiyə görə komandada qalım”.

“Mən ambisiyalı oyunçuyam. Mən daha da inkişaf etmək və daha da yaxşı olmaq istəyirəm. Top səviyyəli oyunçulardan biri olmaq istəyirəm. Ona görə də hər şey bizim bir komanda kimi inkişaf edib-etməyəcəyindən asılıdır. Ona görə də mən deyə bilmərəm ki, klubda daimi qalacam, amma qətiliklə qalmayacağımı da deyə bilmərəm”.

İyulda Keynin 27 yaşı olacaq. Bu mövsüm  25 oyunda iştirak edib və 17 qola imza atıb.


Mənbə: Sky Sports

0 comments