İqalonun agenti: “Danışıqlar davam edir”

Odion İqalo
Paylaş:

Odion İqalonun agenti Ladi Salami müştərisinin gələcəyi haqqında yayılan çoxsaylı şayiələrə fikrini bildirib və deyib ki, hal-hazırda nigeriyalı futbolçunun “Şanxay”dan alınması üçün danışıqlar gedir.

“Odion özünü “Mançester”də əla hiss edir, hansı ki, əmək haqqının həcmi barədə praktiki olaraq razılığa gəlmişdi. Buna baxmayaraq, Çin tərəfi ilə danışıqlar yaxşı davam edir. “Şanxay” tərəfinin inanılmaz təklifi haqqında yayılan şayiələrə gəldikdə isə, Çindəki son vəziyyəti nəzərə alsaq bu cür təklif irəli sürmək qeyri-mümkündür”.

“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer də Çin klubu ilə danışıqların davam etdiyini təsdiqləyib.

“İcarə müddəti mayın sonunda bitəcək, ona görə də aydındır ki, o, qayıtmalıdır. Biz danışıqlarımızı davam etdiririk. Onun klubu həm bizə, həm də onun özünə qarşı yaxşı davranır, ona xəyallarının komandasında oynamağa fürsət yaratdı. Bu onun üçün xəyalların gercəkləşməsi oldu və ümid edirəm ki, başladığını sonlandıra bilər və bizimlə birlikdə kuboklar qazana biləcək. Amma hal-hazırda razılaşma yoxdur. Onların bu yaxınlarda çempionlatları başlayacaq. Gözləyək”.


Mənbə: Manchester Evening News

0 comments