Telegraph: Premyer Liqa 17 iyundan davam edəcək

Premyer Liqa
Paylaş:

“Telegraph” xəbər verir ki, Premyer Liqada mövsümün geriyə qalan hissəsinə 17 iyundan davam ediləcək.

Bildirilir ki, bu gün PL klubları rəsmilərinin keçirdiyi iclasda mövsümə gələn ayın ortasından davam edilməsi barədə yekdil qərar qəbul edilib. Qeyd olunur ki, ilk matçlar 17 iyunda keçiriləcək. Belə ki, Liqa Kuboku finalına görə oyunları təxirə salınan komandalardan “Mançester Siti” evdə “Arsenal”ı, “Şeffild Yunayted” isə “Aston Villa”nı qəbul edəcək.

Növbəti oyun isə “Tottenhem” və “Mançester Yunayted” arasında, 19 iyun, cümə gününə təsadüf edəcək. Beləliklə, həftənin sonuna qədər turun oyunları keçirilib başa vurulacaq. İclasda həmçinin oyunların maksimum dərəcədə canlı yayımlanması, tamaşaçılara təqdim olunması xüsusi qeyd edilib.

Mövsümün 1 avqust tarixində yekunlaşdırılması nəzərdə tutulur. Növbəti həftədə isə FA Kuboku finalı oynanılacaq.

Yeni mövsümə isə sentyabr ayının ortalarında start vermək planlaşdırılır.

Tam təqvim hələlik açıqlanmasa da, Premyer Liqa klubları mövsümə davam edib yekun vurmaqda qətiyyətlidirlər.


Mənbə: Telegraph

 

0 comments