Paylaş:

1

Çempionlar Liqası – ¼ Final
Stadion: “Alyans Arena”, Münhen
Tarix: 09 Aprel 2014
Saat: 23:45
TV: İdman Azərbaycan, NTV Plus, Sky Sports
Oyunun baş hakimi: Yonas Eriksen (İsveç)

Görüşə dair statistika

Komandalar ümumilikdə, 10 dəfə qarşılaşıb, bunlardan:
– “Mançester Yunayted” 2 dəfə qalib gəlib.
– “Bayern Münhen” 3 dəfə qalib gəlib.
– 5 dəfə isə görüş bərabərə yekunlaşıb.
Görüşlərdə “Mançester Yunayted” 12 dəfə, “Bayern Münhen” isə 13 dəfə fərqlənə bilib.

“Mançester Yunayted” alman klublarına qarşı 28 dəfə oynayıb, 14 dəfə qələbə qazanıb, 6 dəfə məğlub olub, 8 dəfə isə matç bərabərə yekunlaşıb. Qol fərqi: 50-29.

“Bayern Münhen” isə ingilis klublarına qarşı 44 dəfə oynayıb, 15 qələbə, 13 məğlubiyyət, 16 dəfə isə oyunu bərabərə sonlandırıb. Qol Fərqi: 65-54

Rəqiblərin 1/4 finalın ilk qarşılaşması:
“Mançester Yunayted” 1-1 “Bayern Münhen”
1 aprel 2014 – “Old Trafford”
Qollar: Vidic, (58) – Şvaynştayger (67)

0 comments