“MU Aze Championship” sona çatdı

Paylaş:

“Mançester Yunayted Azərbaycan” fan klubunun təşkil elədiyi “MU Aze Championship” futbol turniri yekunlaşıb.

20140427_151342

Mançester Yunayted Azərbaycan” fan klubunun yaranmasının 3 illiyi münasibəti ilə keçirilən bu turnirlə, fan klub növbəti dəfə bir ilkə imza atmış oldu

Üç ay davam edən turnirdə, yalnız “Yunayted” azarkeşlərindən ibarət 6 komanda mübarizə aparıb. Liqa şəklində keçən çempionatda “Red Devils Baku”, “One United”, “Stretford End”, Champ20ns”, “Mancunians” və “Manchester Reds” komandaları iştirak etmişdi.

Çempionat boyu “Red Devils Baku” və “One United” komandaları əsasən birincilik uğrunda mübarizə apardılar. Elə bunun məntiqi nəticəsi olaraq, çempion son oyunda məlum oldu. Çempionatın ilk  4 turunu “Red Devils Baku” komandası zirvədə keçirsədə, 5-ci turda “One United”, “RDB”-ni məğlub edərək, zirvəyə qalxdı və yalnız son turda, “Red Devils Baku” komandası “One United” komandasını məğlub edərək, xallarını bərabərləşdirdi. Çempionat sonunda hər iki komandanın eyni xalı olsada, qaydalara görə ən çox qol vurub, ən az qol buraxan komanda, “Red Devils Baku” çempion oldu.

Безымянный

Çempionat sonunda qaliblər mükafatlandırıldı. İlk  3 yeri tutan komandalar medallarla və təşəkkürnamələrlə təltif olundu. Qaliblər isə həmçinin, Bakcell tərəfindən, “Mançester Yunayted” formaları ilə mükafatlandırıldı.

Çempionat ərzində isə bir neçə futbolçu oyunları ilə seçildi. “One United” komandasının qapıçısı, Əsgər Rəsulov çempionatın ən yaxşı qapıçısı, “RDB” komandasının oyunçusu Ravid Harunov çempionatın ən sərrast oyunçusu, “RDB” komandasının oyunçusu Sənan Əhmədzadə isə çempionatın ən çox asist edən oyunçusu seçildilər.

0 comments