Pereyra Brazilya U20 yığmasına dəvət alıb

Paylaş:

Andreas Pereyra

“Mançester Yunayted”in yarımmüdafiəçisi Andreas Pereyra, Brazilya U20 yığmasına dəvət almaqla, Çində keçiriləcək turnirdə iştirak edə bilər.

18 yaşlı Pereyra, Belçika vətəndaşıdı, amma o, Adnan Yanuzayın yolu ilə getməkdən imtina edib və dəfələrlə bəyan edib ki, valideynlərinin vətənində çıxış etmək istəyir. Futbolçunun atası Markos Pereyra peşəkar futbolçu olub və Belçikaya köçərək, “Mexelen” klubu ilə müqavilə bağlayır. Ardınca “Sent-Tryuden” və “Antverpen” klublarında çıxış edib.

Keçən ay Andreas Pereyra, Brazilyanın gənclərdən ibarət yığmasına dəvət almışdı və indi komanda ilə birlikdə Çinə yollanır. Gənc oyunçu üçün bu, özünü göstərməyə əla şans olacaq ki, Lui van Qalın diqqətini çəkə bilsin. Əgər, bu baş versə, hollandiyalı mütəxəssis futbolçunu təlim-məşq toplantısına çağıra bilər.

Andreas Pereyra

Mənbə: manutd.ru 

0 comments