Klub Falkaonun adını formada səhv yazdı

Paylaş:

radamel_falkao

“Mançester Yunayted” yeni transferi Radamel Falkaonun adını formada yazarkən səhvə yol verib.

ESPN-in jurnalisti Aleks Şou, bu səhv haqqında öz tvitter hesabında məlumat verib. Belə ki, formaya “Falcao” yazılmalı halda, “Flacao” yazılıb. Bu formaların alıcılara çatması haqda isə heç bir məlumat yoxdur.

Bu cür kuryoz hal Mançester təmsilçisi üçün ilk deyil. Devid Bekhem, Tomaş Kuşçak, Anderson, Ole Qunner Sulşer kimi futbolçular müxtəlif zamanlarda meydana, formada adlarının səhv yazılmış halında çıxıblar.

BxGIwF4IEAATdiK

Mənbə: Aleks Şounun tvitteri

One comment