U-21 gənclər Makneyr və Torp van Qalın heyətində

Paylaş:
Makneyr və Torp (müvafiq olaraq soldan sağa)

Makneyr və Torp (müvafiq olaraq soldan sağa)

Peddi Makneyr və Tom Torp şənbə günü Mançester Yunaytedin “Vest Hem” səfərinin heyətində yer alacaqlar.

Lui van Qal MUTV-yə eksklyuziv müsahibəsində bildirib ki, mərkəz müdafiəçiləri Kris Smolinq, Fil Cons və Coni Evansın da daxil olduğu uzanmaqda davam edən zədəlilər siyahısına görə U-21-dəki müdafiəçilər onun planlarına daxil edilib. Tayler Blekketin də cəzalı olması ilə əlaqədar Morkos Roxonun mərkəzə keçiriləcəyi gözlənilir, lakin o rezerv komandanın kapitanı Torp ya da onun Şimali İrlandiyalı komanda yoldaşı Makneyr ilə yanaşı oynadıla bilər.

MUTV-nin əməkdaşı Stüart Qardner gənc cütlük haqda soruşarkən boss belə cavab verib: “Onlar heyətdədirlər. Məhz buna görə bizim həmişə gənclər üçün məktəbimiz var. Bu, həmişə bizim siyasətimiz olub (gənclər heyətindən istifadə) və həmişə də klubun siyasəti olacaq.

Məşqçi Deyli Blindin də nə üçün mərkəz müdafiəçisi üçün seçim olmadığına açıqlama gətirib

“Mən çoxlu sol meyilli müdafiəçilərə və ya müdafiədə çox sayda solaxay oyunçulara üstünlük verməyi xoşlamıram” – o, MUTV-yə deyib. “Mən həmişə balansı düşünürəm, ona görə də tədris görən gənclər arasından sağ meyilli müdafiəçilər seçməliyəm. Adətən mən işləri belə görürəm. Artıq bir dəfə qeyd etmişəm ki, bizim çoxlu vakant yerlərimiz var. Siz cəmi 6 oyunçu alıb 14 oyunçunu göndərəndə belə olur.

“Çox sayda zədələnmələr məni narahat edir və onlar düzəlmir”, o əlavə edib. “Smolinq artıq üçüncü dəfədir zədələnir. Evans həmçinin. Consun da milli komanda da aldığı uğursuz bir zədəsi var”.

“Mən çox böyük təcrübəsi olan bir məşqçiyəm, amma əminəm ki, indiyə qədər belə vəziyyətlə qarşılaşmamışdım, bu məni təəccübləndirir. Mən özümü, personal, həmçinin oyunçuları və səhvləri dəyərləndirirəm. Lakin mən təsəvvür edə bilmərəm ki, indi etdiklərimiz mənim əvvəlki klublarda etdiklərimdən başqa səviyyədədir. Mən artıq oyun ərzində oynaya biləcəyimiz müəyyən bir səviyyəyə öyrəşmişəm, lakin mən nisbətdə daha aşağı səviyyədə məşq edə bilmərəm”.

Mənbə: manutd.com

turalfot

The way leads us to Old Trafford

0 comments