Valensiya zədəlidir?

Paylaş:

Antonio Valensiya

“Mançester Yunayted”in ekvadorlu yarımmüdafiəçisi Antonio Valensiya, zədə səbəbindən bazar ertəsi baş tutacaq “Vest Bromviç”lə oyunu buraxa bilər.

Daily Mail xəbər verir ki, 29 yaşlı vinger dizindən zədə alıb və ilk baxışdan zədə elə də ciddi görsənmir. Sadəcə futbolçu ilə riskə getməmək üçün, onun “Vest Bromviç”lə oyunda iştirakı sual altındadır.

Antonio Valensiya çox güman ki, “Everton”la oyunda zədələnib. Futbolçu oyunun 79-cu dəqiqəsində əvəzlənərək, yerini Maruan Fellainiyə vermişdir.

Mənbə: Daily Mail

3 comments