Fan-klubumuz “Çelsi” ilə oyunun ən yaxşısını seçdi

Paylaş:

De Hea

Artıq ənənə halını almaqda olan fan-klubumuzun hər oyundan sonra keçirtdiyi sorğunun bu dəfəki nəticəsi də bəllidir. “Everton”la oyunda olduğu kimi bu dəfə də “Mançester Yunayted Azərbaycan” oyunun ən yaxşısını ispan qapıçı David De Hea olduğunu düşünür.

Oyun ərzində çox inamlı görsənən qapıçının şedevr qurtuluşu Eden Azarla təkbətək qaldığı an sayıla bilər. Ümidlərin üzüldüyü bir anda De Hea əks tərəfinin ümidlərini üzdü. Baxmayaraq ki, həmin andan sonra qazanılan künc zərbəsini “zədaganlar” qolla tamamlayır, amma bu onun qurtarışını kölgə altına salmadı.

Sorğuda iştirak edən azarkeşlərin 66,6%-i David De Heanı, 23,9%-i Maruan Fellaynini, 9,5%-i isə Rafael da Silvanı ən yaxşı hesab edib. Sorğu iştirakçılarının bəziləri seçimlərini maraqlı şəkil də izah da ediblər.

Vüsal Nəbiyev: “Zədəli və cəzalı oyunçuların olmasını nəzərə alsaq, qalan oyunçularla oyunu normal keçirdik. Bu oyunda Di Maria və Blind əvvəlki oyunlarla nisbətdə çox zəif oynadı. Ümumilikdə oyunun ən yaxşıları Rafael, Şou, Smollinq və Fellaynini hesab etmək olar. Təəssüflər olsun ki, zədələrə görə klubumuzun hələ də stabil heyəti yoxdu, amma yaxın vaxtlarda “zədəli şeytan” yenidən ayağa qalxacaq”.

Yusif Səfərli: “David De Hea! Bugunki “seyv”ləri möhtəşəm idi. Mata ilk hissədə yaxşı oynadı, RVP əvvəlki formasında deyil, Di Maria həvəssiz idi, Rafael oyunda demək olar canın qoydu, Fellayni ise artıq düzəlib, uzun ayaqları və cüssəsi ilə rəqib komandanın müdafiəsini qarışdırıb, hücumunu dağıtmağı bacarır. Hər şey bir qirağa De Heanın qurtarışları bizim məğlub olmamağımıza gətirib çıxartdı”.

Tərlan Şahinoğlu: “Bu dəfə çətinlik çəkirəm. De Heaya elə də çox iş düşmədi. RVP isə dörd imkandan yalnız birini istifadə etdi. İmkanım olsaydı Fellayni ilə Rafaelə səs verərdim, amma vurulan qolda ilk zərbəni vuran Fellayni məncə hesabın bərabərləşməsində əsas pay sahibi oldu. Daha sonra RVP artıq aciz qalan Tibo Kurtuanı nəhayət ki, məyus edə bildi. Ona görə də seçimim belçikalıdır. Ümumiyyətlə pis oynamadı bu oyunda”.

0 comments