“MY Azərbaycan”: Derbinin ən yaxşısı De Hea!

Paylaş:

De Hea

“Mançester Yunayted Azərbaycan” fan-klubu dünən oynanılan “Mançester derbisi”ndə meydanda olan ən yaxşı “qırmızı şeytan”ı seçib.

Derbidə məğlub olmağımıza baxmayaraq, meydanda yaxşı oyununa görə seçilən futbolçularımız da olub. Ənənəyə sadiq qalaraq, fan-klubumuz oyunda seçilən “Yunayted”li futbolçunu nəzərdən qaçırtmayıb.

Bu dəfə sorğuda 41 fan-klub üzvü iştirak edib. Onlardan 48,8%-i David De Heaya səs verməklə, ispan əlcək sahibini yenidən birinci edib. Son oyunlarda formasının pik həddinə çatan Maruan Fellayni 29,3% səs toplamaqla növbəti pillədə qərarlaşıb. Sol cinah müdafiəçimiz Lyuk Şou da bu dəfə seçilənlər sırsında olub. O səslərin 12,2 %-ni yığmağı bacarıb.

Növbəti pillələrdə isə 7,3% səs toplayan kapitan Ueyn Runi, 2,4% səslə isə Antonio Valensiya tutub.

Orxan Abbasov: Deyərdim ki, məğlub olmuş olsaq belə, Fellayni özünü çox yaxşı göstərdi. Dayaq yarımmüdafiəçi qismində oynuyurdu, amma hücuma da kömək edirdi. Bir neçə epizodda hətta müdafiədə yaxşı təsir bağışladı. Bu baxımdan Fellaynini oyunun ən yaxşısı seçmək olar. De Hea isə son zamanlarda olan “save show”suna davam edirdi.

Sadiq Yusifi: Fellayni çox qəşəng oynadı, amma orada Aquero ilə epizodda hər hansı digər hakim penalti verərdi. Elə səhvlər eləmək olmaz, derbidə elə riskli hərəkətlər yolverilməzdi. Amma daha gözəl oyun De Headan gəldi yenə də. Smollinqin mənasızlığı ucbatından onun üzərinə ağır iş düşürdü. Amma layiqincə öhdəsindən gəldi. Birdə bugünkü oyunda Valensiyanın oyununu da çox bəyəndim. Son zamanlardakı ən yaxşı oyunu idi.

0 comments