De Hea: “4 il ərzində çox inkişaf etmişəm”

Paylaş:

De Hea

“Mançester Yunayted”in ispan qapıçısı David De Hea ingilis klubuna gəldiyi vaxtdan necə dəyişdiyi haqqında müsahibə verib.

“Mən artıq 4 ildir “Mançester Yunayted”dəyəm və hesab edirəm ki, bu vaxta qədər mənim qapıçı kimi ustalığım hər aspektdən inkişaf edib. Ustalığımın hansınısa xüsusi olaraq ayrıca qeyd etmək istəmirəm. Axı biz indiyə kimi mənim oyunumun bütün tərəfləri üzərində dayanmadan işləmişik”.

“Mən hələ də trenajor zalında xüsusi praqramla məşqimi davam etdirirəm. Amma əlbəttə ki, əvvəlki kimi elə də çox yox. Həmin vaxtlar mən Kapitan Amerika kimi inkişaf etmişdim”.

“Sənin fiziki formanın nə qədər yaxşı olmasının fərqi yoxdur. Həmişə bundan da yaxşı olmaq şansın var. Azərkeşlərin gözündə sənin çıxışının nə qədər yaxşı olması vacib deyil. Sən həmişə özünü inkişaf etdirmək üçün çalışmalısan. Ümid edirəm ki, gələcəkdə daha da yaxşı olacam”.

Mənbə: manudt.com

2 comments