Gələn mövsümdə də abunə kartlarının qiyməti qalxmayacaq

Paylaş:

Yunayted azarkeşləri

“Mançester Yunayted” rəsmi olaraq bəyan edib ki, 2015-2016 mövsümündə də abunə kartlarının qiymətində dəyişilik olmayacaq və belə olanda halda artıq dördüncü il olacaq ki, klub abunəçilərin artıq pul xərcləməyinə imkan verməyəcək.

Ən ucuz abunə haqqı 21 yaşdan 65 yaşə qədər nəzərdə tutulmuş azarkeşlər üçündür və qiyməti 532 funtdur. Ən bahalısı isə 950 funt civarındadır. 16 yaşa qədər olan azarkeşlər abunə kartı üçün 190 funt, 65 yaşdan yuxarı azarkeşlər isə 380 funt ödəyirlər.

“Mançester Yunayted” rəsmi bəyanatında belə deyir: “Klubumuz məmnuniyyətlə bildirir ki, 2015-2016 mövsümü üçün abunə kartlarının qiyməti dondurulub. Beləliklə, artıq dördüncü ildir ki, ard-arda və son altı ildə beşinci dəfədir ki, qiymətlər əvvəlki kimi qalır”.

Mənbə: Daily Mail

2 comments