Daily Express: “Hummels, Hevedes və Varan “MY”-in transfer siyahısındadır”

Paylaş:

Benedikt Hevedes, Mats Hummels

“Mançester Yunayted” müdafiədə olan boşluqları doldurmaq üçün bir neçə futbolçunun transferində maraqlıdır.

Daily Express qəzetinin verdiyi məlumata görə, Lui van Qalın transfer siyahısında Almaniya millisinin üzvləri Benedikt Hevedes və Mats Hummels, “Real” klubunun fransız futbolçusu Rafael Varan da yer alır. Amma La Liqa təmsilçisinin Varanı satmaq niyyətləri yoxdur. Fransız əsas heyətdə yerini 31 yaşlı Pepeyə uduzmasına baxmayaraq, Madrid təmsilçisi portuqaliyalı ilə də yaxın zamanlarda ayrılmayacaq.

Son dünya çempionları Hummels və Hevedes keçən ildən “Yunayted”in hədəfində idilər. Hazırda hər iki futbolçu öz klublarından ayrılmaq yollarını axtarırlar. Alman futbolçularla Premyer Liqanın digər üzvü “Arsenal” da maraqlanır. London klubu müdafiədəki boşluqları səviyyəli futbolçuların transferi ilə unutdurmaq istəyir. Lakin hər iki müdafiəçinin “Emirates”ə yox, “Old Trafford”a gəlmək istədikləri deyilir.

Mənbə: Daily Express

0 comments