Kim qalmalıdır, kim getməlidir?

Paylaş:

Mövsümün birinci yarısı “Mançester Yunayted”in bir neçə gənc oyunçusu üçün ilk sınaq olmuşdur və onlardan bəziləri bazar günü “Yeovil”lə oyunda qazanılan qələbədə, bunu bir daha nümayiş etdirmişlər. Sportsmail “Yunayted”in gənc ulduzlarının “Old Trafford”da uzun müddətli perspektivləri qiymətləndirilib.

van Qal

Peddi Makneyr

Yay aylarında “Mançester Yunayted” dünya səviyyəli bir, yaxud iki mərkəz müdafiəçi almaq niyyətində idi. Makneyrin meydanda olduğu 10 oyunda “Yunayted” sadəcə 5 qol buraxıb. Onların rekord göstəricisi, şimalı irlandiyalının start heyətdə çıxdığı oyunlarda 7 qələbə və “Tottenhem”lə heç-heçədir. O, “Southampton”la oyunda nəsə etməyə çalışsa da, ilk hissəsində yaxşı performans sərgiləmədiyinə görə 37-ci dəqiqədə əvəzlənir. Onun göstəriciləri (oyun statistikası) bütövlükdə Fil Cons və Coni Evansdan daha etibarlı olmuşdur. Onun müqaviləsi yay ayında başa çatır və “Mançester Yunayted”dən yeni sözləşmə təklifi gəlməzsə, Makneyrin başqa bir kluba keçməsi heç də təəccüblü olmayacaq.

Qalmalıdır yoxsa getməlidir? Yeni sözləşmə təklif edilməlidir. Ancaq “Mançester Yunayted” dünya səviyyəli müdafiəçilər aldığı təqdirdə o, növbəti illərdə gərgin mübarizə ilə üz-üzə qala bilər.

Peddi Makneyr

Tayler Blekket

ABŞ-da növbət mövsüm üçün hazırlıq zamanı artıq “Yunayted”in mərkəz müdafiəsində problemlər olduğu görünürdü. Komandada bu boşluğu doldurmaq  üçün Blekkettə erkən imkanlar verildi. Onun ən yaxşı performansı noyabr ayında “Arsenal” üzərində qazanılan 2-1 hesablı qələbə olmuşdur. Ancaq, “Lester Siti” ilə 5-3 hesablı məğlubiyyət zamanı start heyətdə idi. Hansı ki, həmin oyunun 42-ci dəqiqəsində meydandan qovulmuşdu. Mösümün sonunda onunla müqaviləni uzatmaq üçün klubda müzakirələr gedir. Blekkett hələ də təklif gözləyir. Onun sürəti, tarazlığı və keyfiyyəti Lui van Qalda da yaxşı təəssürat oyatmışdır. O, İngiltərə milli yığmasının məşqçiləri tərəfindən izlənilmiş və Avro-2016-da onun mərkəz müdafiəçisi kimi iştirak etməsi gözlənilir. Ancaq, o öz keyfiyyət göstəricilərini yaxşılaşdırmalıdır və o, bu potensiala malikdir.

Qalmalır yoxsa getməlidir? Makneyr kimi onunla da müqavilə imzalanmalıdır. Əgər bu baş tutsa, növbəti mövsümdə özünü sübut etməlidir.

Tayler Blekkett

Cessi Linqard

“Mançester Yunayted”in bu mövsüm açılış oyununda (“Suonsi Siti”) Linqard da əsas heyətdə idi. Təəssüf ki, o, oyunun 24-cü dəqiqəsində zədələnərək, Adnan Yanuzay ilə əvəzlənir. O, zədədən sonra ancaq son həftələrdə komanda ilə məşqlərə qayıda bilib və “Mançester Yunayted”in FA Cup-un 3-cü turunda “Yeovil Taun”la oyunda ehtiyat oyunçular siyahısında yer alır. Keçən mövsüm icarə əsasında “Birmingem” və “Brayton”da uğurlu olmuşdur. Onun hələ 22 yaşı var. O, başqa Premyer Liqa komandasında karyerasını qurmaq üçün “Old Trafford”u tərk edə bilər. İsdedalı mərkəz oyunçusudur, ancaq Ueyn Runi, Xuan Mata yaxud Anhel di Maria səviyyəsində deyil.

Qalmalıdır yoxsa getməlidir? Mövsümün sonunda ya kirayəyə veriləcək, ya da komandanı tərk edəcək.

Cessi Linqard

Adnan Yanuzay

Yanuzay keçən mövsüm David Moyesin rəhbərliyi altında səfər oyunlarını əsas oyunçusu idi. O, öz oyunu ilə komanda da inam yaradırdı. Onun məşqçiləri də bildiridilər ki, o, dünya səviyyəli oyunçudur. Rayan Giqqs onun oyununu çox yüksək qiymətləndirir. Keçən mövsüm o, Yanuzayın şəxsi müəllimi idi. Hətta, Belçika milli yığmasını seçməsini də Rayan Giqqs məsləhət görmüşdü. 2014-cü il Yanuzay üçün heç də pis keçmədi: O, BBC-nin Gənc İdmançısı mükafatına nazmizəd olmuş və həmçinin, Belçika millisində Dünya çempionatında iştirak etmişdir. Lui van Qalın rəhbərliyi altında demək olar ki, start heyətdə çıxış etmir. Səbəb isə onun 3-5-2 taktiki sxeminə uyğunlaşa bilməməsidir. 20 oktayabra qədər start heyətdə yer almadı, 8 noyabrda “Kristal Palas” ilə oyunda van Qal ona şans vermişdi. Həmin onunda Xuan Mata ilə əvəzlənir. Onun klubda gələcəyi sual altındadır və o, buna görə də müntəzəm olaraq çalışıb öz yerini qaytarmalıdır.

Qalmalıdır yoxsa getməlidir? İcarə əasında başqa bir komandaya keçə bilər. Onu növbəti mövsüm “Mançester Yunayted”in parçası olacağına inadırmaq lazımdır. “PSJ” keçən mövsüm yanvar ayında transfer təklifi etmişdi, ancaq bu təklif rədd edilmişdi.

Adnan Yanuzay

Ceyms Uilson

Uilson Lui van Qalın favoritləri sirasındadır. Yay aylarında Danni Uelbek və Xavier Ernandesin klubu tərk etmə səbəblərindən biri olmuşdur. O, sürətli və isdedadlı oyunçudur. Mövsüm irəlilədikcə ona daha çox şans verilir. Xüsusi ilə də 28 yaşlı Radamel Falcaonun uzun müddətli zədəsi zamanı Uilsondan istifadə olunmuşdu.

Qalmalıdır yoxsa getməldir? Onun hələ də müqaviləsi var və gözlənilir ki, uzun müddət komanda da qalacaq.

Ceyms Uilson

Mənbə: Daily Mail

Gulay Mahmudzade

One love, one belief. Glory Glory Man Utd

0 comments