“Yunayted” Paulo Dibalanı transfer etmək istəyir

Paylaş:

Paulo Dibala

İtaliyanın “Palermo” klubunun prezidenti Maurisio Zamparini bildirib ki, “Mançester Yunayted” klubun 21 yaşlı hücumçusu Paulo Dibala üçün transfer təklifi göndərib.

Argentinalı hücumçu 2012-ci ildə “Napoli”dən 9 mln funta transfer olunmuşdur. Futbolçunun hazırkı transfer qiyməti isə 31 mln funtdur. Bu mövsüm Diabala Seria A-da 17 oyuna 9 qol vurmağı bacarıb və bu da “Old Trafford”un marağına səbəb olub.

“Dibalanın qiyməti 40 mln avroya yaxındı. Amma, mən onu iyuna qədər satmayacağam. Çoxsaylı xarici klublar futbolçumuzla maraqlanır, o cümlədən də “Mançester Yunayted”.

“Mən ingilislərə dedim ki, hal-hazırda Dibala satılmır, amma biz altı aydan sonra bu haqda söhbət edə bilərik. Şəxsən mən hesab edirəm ki, Paulo hazırda Avropanın ən yaxşı hücumçusudur”.

Mənbə: Sky Sports

One comment