Denis Lau

Paylaş:

Denis Lou, 24 fevral 1940-cı ildə, Şotlandiyanın Aberden şəhərində, 1 balıqçı ailəsində dünyaya gəlib. O ailədə, 7 uşaqdan ən balacası idi. Uşaqlıqdan “Aberden” klubunun fanatı olan Denis, klubun bütün ev matçlarına gedirdi. Onu məktəb komandasınada çağırırdılar. Denisdə çəpgözlük olmasına baxmayaraq, o öz gözəl futbol istedadanı göstərə bilirdi.

Denis Lou, 1954-55-ci il sezonunda, “Haddersfild Taun” komandasında baxışda oldu. Klub rəhbərliyi, onu əvvlcə zəif olduqunu, özüdə eynəkdə olması onları 1az tərəddüt etdilər. Lakin 3 aprel 1955-ci ildə, o klubla professional müqavilə bağladı. 1956-cı ilin 24 dekabrında, 2-ci divizion oyununda, ilk dəfə mydana çıxdı. Həmin oyunda, “Notts Kounti” ilə qarşılaşan Denisin komandası, 2-1 hesabı ilə qələbə qazanmışdı.

Bundan sonra əsas heyyətdə oynamağa başlayan Denis-ə, əfsanəvi Mett Basbidən 10 000 £-luq təklif gəldi. Lakin klub bu təklifi geri göndərdi. 1959-cu ildə, klubun baş məşqçisi, Bil Şenkli “Liverpul” klubunun başına keçməsindən sonra, o özü ilə Denis Lounu aparmaq istəyirdi. Lakin həmin dövrdə, “Liverpul” bu cür maiyə xərclərinə icazə vermirdi.

Bununla belə o komandada qalmadı. 1960-ci ilin martında o, “Mançester Siti”ə keçdi. Onun transferi o dövr üçün rekord məbləğə rəsmiləşdi, 55,000 £. Lakin, Denisə bu məbləğdən heçnə çatmadı. Denis Lau, klubun heyyətində debut oyununda, 19 mart 1960-cı ildə, “Lids Yunayted”ə qarşı oyunda qolunu vuraraq komandanın 4-3 qələbə qazanmasında rol oynadı. 1961-ci ilin aprelində, “Aston Villa” ilə oyunda 2 qol vuraraq, komandaya 4-1lik qələbə gətirdi. Hansıki bu qələbə sayəsində, komanda 2ci diviziona düşməkdən canını qurtardı. Denis 1960-61 sezonunu uğurlu keçirtdi, 23 qol vurmaqada bacarmışdı. Lakin Denis artıq komandanı tərk eləmək haqda düşünürdü.

O, “Siti”nin heyyətində öz oyunundan razı idi. Hərçənd o daha yaxşı, daha sviyyəli komandada oynamaq istəyirdi. Beləliklə, o, 1961-ci ilin yayında, italiyan klubu “Torino”ya transfer olundu. Halbuki o zaman, digər italyan klubu “İnter”də onun tranferində maraqlı idi və qəzetlər artıq Denisin “İnter” ilə razılaşdıqını deyirdi. Lakin “İnter” sonda bu iddiaları yalanladı, Denis “Torino”ya keçdi. Onu İtaliyada tam-təraqla qarşıladılar, onu möhtəşəm mehmanxanalardan 1-ində yerləşdirdilər. “Torino” o zaman, oyunçulara onların öz oyunlarına uyğun olaraq maaş verirdi. Əgər klub qələbə qazanarsa, futbolçular külçələrlə maaş alırdı. Yox əgər məğlub olurdusa, demək olarki heçnə almırdılar. Denis Lou, ingilis futboluna öyrəşmişdi, “katenaçço” oyun stilinə öyrəşə bilməyəcəyinə görə narahat idi. 7 fevra 1962ci ildə o, öz komanda yoldaşı Co Beykor ilə birgə, avtomobil qəzasına uğradı. Düzdür, Denis-ə demək olar heçnə olmamışdı. Lakin Co Beykor ağır yaralandı, hətta ölümlə üz-bə-üz qaldı.

1962-ci ilin aprelində Lou transfer tələbi etdi klub rəhbərliyindən, lakin onun xaişinə əhəmiyyət verilmədi. Denis ilə məşqçi qərargahı arasında münaqişələr getdkcə artmağa başlamışdı. “Napoli” ilə matçda o kənarlaşdırıldı oyundan. Sonradan məlum olduki, bunu hakimdən, baş məşqçi özü xaiş edib. Səbəb isə, baş məşqçinin Lou-a tapşırıqına əməl etməyərək autdan topu atması idi, halbu ki, məşqçi bunu etməməsini demişdi. Artıq çoxları onun “Mançester Yunayted”ə keçəcəyi barədə danışırdı. Bir neçə gün sonra isə ona bildirildiki, onu “Yuventus”a satacaqlar. Müqavilənin hansısa bəndinə görə, Denisin qərarından aslı olmayaraq, istənilən kluba sata bilərdilər. Lakin Denis Lou buna əhmiyyət verməyərək, sakitcə dogma vətəninə, Aberdenə uçdu.

Sonda isə, 10 iyul 1962-ci il tarixində Denis Lou, Britaniya futbolu üçün record məbləğ 115 000 £-a “Mançester Yunayted”ə keçdi. Və bununlada əfsanəvi Ser Met Basbinin, arzusu yerinə yetdi. O, Denis Lou-nu lap gənc yaşlarından istəyirdi. Hətta onun üçün təkliflər aparması, Denisin dahada tanınmasında yardımçı oldu.

Beləliklə o, Mançester-ə qayıtdı. Denis, 18 fevral 1962ci ildə debut oyununa çıxdı, “Mançester Yunayted”in (Bundan sonra “MY” kimi qeyd edəcəm) heyyətində. “Uest Broviç” ilə, ilk oyunundada ilk qolunu vurmağa bacardı. O, oyunun elə 7-ci dəqiqəsində fərqləndi. Oyun 2:2 hesabı ilə başa çatdı. “MY”həmin dövrdə, “Münhen faciəsi”ndən sonr keçid dvrü yaşayırdı və buna görə qeyri stabil çıxış edirdi. 1962-63 mövsümündə, klub 1-ci divizionda qalmaq üçün mübarizə aparırdı. Lou “Lester Siti” ilə oyunda Lou het-trik etsədə, “MY” məğlub oldu. İngiltərə Kubokunda, “MY” daha yaxşı çıxış edirdi. Kubokda, “MY”, Lounun əvvəlki komandası “Haddersfild”a qarşı oynayırdı. Bu görüşdə, “MY” 5:0 hesabı ilə qələbə qazanmışdı ki, Lou bu oyunda, eks komandasına qarşı het-trik etmişdi. Klub kubokda finala çıxdı. Finalda, Liqanı 4cü yerdə tamamlayan, “Lester Siti” ilə qarşılaşırdı. “Lester Siti” bu oyunun açıq aşkar fovariti idi. Oyunda ilk qolu Lou vurdu, sonda 3:1 hesabı ilə qələbə qazan “MY”. Bu kubok Lounun, İngiltərədəki ilk kuboku idi.

1963-64 sezonunda Denis hr oyun qol vururdu. Onu “Uembili”də keçirilən, İngiltərə yığmasna qarşı, Rest of the World (Dünya yığması) –a dəvət edildi. O, bu oyunda 1 qol vurdu, hansı ki, bu onun karyerasından ən böyük şərəf idi.

Həmin mövsüm “Aston Villa” ilə matçda kənarlaşdırıldı və ona 28 günlük uzaqlaşdırma kəsilmişdi. Lou-suz “MY” çətin günlər yaşadı. Denis öz müsahibəsində bildirirdi: “”MY” ilə, titular qazanmamağımıza səbəb, mənim cəzam oldu”

1964-cü ildə Denis Lou “Avropada ilin Oyunçusu” (Ballon d`Or) mükafatanı qazandı və “MY” Münhen faciəsindən sonra öz çempion titulunu geri qaytardı.

21 oktyabr 1965-ci il Lou Şotlandiya və Polşa yığmaları arasında matçda sağ dizindən zədə aldı. Hələ “Haddersfild”də çıxış edərkən, bu diuzindən əmaliyyat olunmuşdu və bu zədə onu karyerasının sonunadək təqib edirdi.

1966-cı ildə Lou Mett Basbiyə müqavilənin uzadılması vaxtı, maaşın artırılmasını tələb edirdi, klubu tərk edəcəyi ilə hdələyirdi. Basbi isə, dərhal onu qovdu və bildirdiki “heç 1 oyunçu kluba əmr edə bilməz”. Sonradan Lou yenədn Basbi ilə görüşdü, onun müqavilə bağladılar, yenidən mətbuata təqdim edildi. Sonradan bilindi ki, Basbi, Lounun vasitəsi ilə digər oyunçulara bunu etməməlirinə görə nümunə göstərdi. Hərçənd, sonradan Denisin maaşı artırıldı.

1968-ci ildə “MY” “Avropa kuboku”nu qazandı, indiki “Çempionlar Liqası”. Lakin, Denis dizindəki zədə səbbəbi ilə yarımfinal və final oyunlarını buraxdı. O, kortikostroid ilə ağrını kəsməy çalışırdı. Lakin, onun bu vəziyyətdə oyunlara çıxması onun ağrısını dahada ağrılaşdırırdı. 1968-ci ilin yanvarında o mütəxəssis yanına getdi və dizindən yeni əməliyyat olunması məsləhət görüldü. Amma Denis, bunu heç kəsə, bildirmədi və 1 neçə il boyunca adi rejimdə məşq elədi.

1968-69 sezonunda “Yunayted” “Avropa Çempionlar Kuboku”nda yarımfinala çıxdı. “Milan” ilə “San Siro”dakı oyunda 2-0 məğlub oldular. “Old Trafford”da cavab oyununda, Çarltonun qolu ilə 1-0 qləbə qazandı “MY”. Lakin Lou, oyundan sonra iddia edirdiki, o qol vurdu, onun zərbəsindən sonra top qapı çərçivəsini keçmişdi. Lakin hakim onu görmədi və klub finala yüksələ bilmədi. 1968-ci ildə Ser Mett Basbi istefaya getdi. Bundan sonra klubda “MY” qürubu başladı.

1969-70-ci mövsümündə “MY” yeni baş məşqçisi ilə (Uilf Makqinnes), liqada 8ci yerdə bitirdi. Lou zədə səbəbi ilə, mövsümün böyük hissəsini oynamadı. 1970-ci ildə, o 60 000 £ qarşılıqında transferə qoyulmuşdu. Lakin heç kəs onu almaq istəmədi, bunun məntiqi nəticəsi olaraq, o, komandada qaldı.

1970-71 uğursuz mövsümündən sonra, “MY”ə yeni baş məşqçi (Frenk O`Farrel) təyin edildi. 1970-71 sezonunda komanda ilin sonunda (1971-ci ilin dekabrın sonunda) 2-ci yerdən 5 xal qabağda tamamlamışdı. Lounun aktivində, 12 qol var idi. Ancaq yeni ildə, nəticələr pisləşdi və “MY” yalnız 8-ciyerdə tamamlaya bildi.

1972-73 mövsümünün birinci matçında Lou qol vura bildi, amma yenidən ona dizindəki zədə mane olmağa başladı və movsümün qalan vaxtında o heç 1 qol vura bilmədi. Həmçinin komandada uğursuz çıxış edirdi.

1973-cü ildə, Lou azad agent kimi buraxıldı. Denis Lou, “Mançester Yunayted”də keçirdiyi 11 il ərzində, 404 oyunda meydana çıxıb, 237 qol vurmaqla, “MY” tarixinin ən çox qol vuran oyunçular arasına daxil olub.

1973-cü ildə Lou, “Mançester Sİti”ə qayıtdı. O, FA Kubokunda final oynadı. Lakin, “Sİti” bu oyunda “Vulverhmpton”a 2-1 hesabı ilə məğlub oldu. “Siti” 1973-74 sezonunun son oyununda “Old Trafford”da “MY”ə qarşı oynayırdı. Denis Lou, bu oyunda keçmiş komandasına dabanla vuraraq, “Siti”ə 1-0 hesabı ilə qələbə qazandırdı. Denis Lou bu qola sevinmədi, çünki bilirdiki, bu qol “MY”i 2ci diviziona salır. Lakin sonradan məlum oldu ki, “MY” hətta heç-heçə etsəydi belə, 2-ci diviziona düşürdü.

Lou 1974-cü ildə, peşəkar karyerasını sonlandırdı. O karyerası boyunca, 597 oyun oynayıb, 302 qol vurub.

Lou 1958-ci ildən yığma komandaya çağırılmağa başlandı. O, 1958-ci il, “dünya çempionatı”nda Şotlandıya yğmasına çağırılmadı. Lakin payız aylarından o komandanın heyyətinə çağırıldı. İlk oyun Uels yığması ilə idi. Bu 18 oktyabr 1958-ci il idi. Denis Lou, Şotlandiya yğmasının heyyətində tezliklə, öz yerini möhkəmləndirdi. Şotlandiya, 15 aprel 1961-ci ildə, İngiltərə yığmasına 9-3 hesabı ilə məğlub olarkən, Lou bu günü “ən tutqun gün” kimi təsvir etmişdi. “Torino”da oynayan zaman, Lou yığmada oynamaqda davam edirdi, hərçən italyanlar, onu buraxmaqda həmişə tərəddüt edirdi. Onun “Torino” ilə müqaviləsində bu maddə var idi ki, klub, onun yğma oyunlarına buraxmaya bilərdi.

21 oktyabr 1965-ci ildə (yuxarıdada qeyd etmişəm) Polşa ilə oyunda, Denis Lou dizindən zədələndi. Bu onun karyerasında zaman-zaman, öz təsirini edirdi. 15 aprel 1967-ci ildə Lou, Britaniya Çempionatında, İngiltərə yığması ilə, oyunda 3-2 hesabı ilə qalb gəldiyi oyunda qolda vurdu. Bu zaman, “MY” İngiltərə çempionu olmuşdu. Lakin, Denis Lou, bundan daha çox İngiltrə üzərində qələbəni üstün tuturdu. Şotlandiya 1958-ci ildən bu yana, ilk dəfə 1974cü il dünya çempionatına vəsiqə qazandı. İlk oyunda Konqo (o vaxtkı adı Zair), Lou heyyətə əlavə edilmişdi, amma o qol vura bilmədi bu oyunda, hərçənd komanda 2-0 qalıb gəldi. Məşqçi onu, növbəti, Braziliya və Yuqaslaviyaya qarşı oyunlarda heyyətə daxil etmədi. Buna baxmayaraq, Şotlandiya heç 1 oyundada məğlub olmadı. Lakin, qol fərqinə görə, yığma Yuqaslaviya və Braziliya yığmalarından geri qaldı və növbəti mərhəyə yüksələ bilmdi. Beləliklə Denis Yığma karyerasında, ümumilikdə, 55 oyun keçirtrdi, 30 qol vurdu.

Denis Lou, futbol karyerasını bitirdikdən sonra,Televiziya və radioda işlədi, o, oyunları təhlil edir, şərh edirdi. Hal-hazırda o öz arvadı Dianayla Mançesterdə yaşayır. Lounun 5 uşaqı var. Onun qızı, “Mançesyer Yunayted”də mətbuat mərkəzində işləyir. 2002-ci ildə Lounun ingilis futboluna verdiyi xidmətlər dolayısı ilə, onu English Football Hall of Fame-ə (İngiltərə şöhrət zalı) daxil edildi.23 fevral 2002-ci ildə “Old Trafford”un qərb tribunasında, “Stretford End”də heykəli nümayiş olundu. 2003cü ilin noyabr-ında Denis, “prostat vəzisi xərçəngi”nin əməliyatından uğurla çıxdı. 5 iyul 2005-ci il Lou, Aberden Universitetinin hörmətli, doktor dərəcəsi ilə mükafatlandırıldı. 1990-cı illərdə Holland futbolçu Dennis Berqamp bildirmişdiki, adını, Denis Lounun adından götürüblər. Beləki onun valideynləri 1960-cı illərdə “Mançester Yunayted” azarkeşi idi. Hollandiyada, 1 “n” hərfi ilə “Denis” adlandırılmasına icazzə verilmird, çünki “Deniz” qadın adı çox idi. Nəticədə Berqkampa Dennis adı verildi.

“Mançester Yunayted”-dəki rekord-ları:
• Denis Lou, “Mançester Yunayted”də 404 oyunda, 237 qol vurmaqla, yalnız Bobbi Çarltondan yalnız 12 qol geri qalır.
• Denni Lou, “Mançester Yunayted” tarixində, ən çox hettrik edən futbolçu kimidə tarixə keçib – 18 dəfə.
• Denis Lou, “Mançester Yunayted” tarixində, 1 sezonda ən çox qol vuran oyunçudur – 46 qol, 1963-64 sezonunda.
• Denis Lou, 1962-ci ildə, “Mançester Yunayted”ə keçərkən, Denisə görə, o dövr üçün rekord məbləğ, ödənilmişdi – 110 000 £.
• Denis Lou, “Mançester Yunayted” tarixində, “Ballon d`Or”u götürən ilk futbolçudur.
• Denis Lou, “Mançester Yunayted” tarixində, “Ballon d`Or”u götürən 4 futbolçudan biridir.

0 comments