Van Persinin agenti: “Heç bir danışıqlar yoxdur”

Paylaş:

Robin van Persi

Robin van Persinin agenti Kis Vos bildirib ki, hollandiyalı futbolçu ilə bağlı hal-hazırda heç bir klubla danışıqlar aparmır və indi Hollandiyadadı.

Xatırladaq ki, bir neçə gün öncə xəbərlər yayılmışdı ki, Robin İstanbulun “Fənərbaxça” klubu ilə razılıq əldə edib. Lakin Vos əminliklə bildirib ki, van Persi bazar ertəsi digər həmklubları kimi məzuniyyətdən qayıdacaq.

“Əgər danışıqlar olsaydı, biz mütləq bu haqda xəbər verərdik. Hazırda mən Hollandiyadayam və yalnız onu deyə bilərəm ki, Robin bazar ertəsi “Mançester Yunayted”in heyətinə qatılacaq ki, mövsümün ilk məşqinə başlasın”.

Mənbə: Voetbal International

0 comments