Sky: Van Persi “Fənərbaxça” ilə razılıq əldə etdi”

Paylaş:

Robin van Persi

“Mançester Yunayted”in hollandiyalı hücumçusu Robin van Persi “Fənərbaxça” klubu ilə dörd illik müqavilə bağlamağa razılıq verib.

Sky Sports xəbər verir ki, türk klubu bu bazar gününə qədər futbolçunun transferini yekunlaşdırmaq istəyir. Amma bir neçə detal var ki, onlar da razılaşdırılmalıdı, xüsusən də bu van Persinin şəxsi müqaviləsi ilə bağlıdır.

Kanalın verdiyi digər məlumata görə “Fənərbaxça”ın idman direktoru Culiano Terraneo hal-hazırda Londondadı və “Yunayted”in nümayəndələri ilə danışıqlar aparır.

Falkaonun göndərilməsi və Çiçaritonun zədələnməsindən sonra əgər van Persi də satılsa, onda Lui van Qalın sərəncamında cəmisi nominal iki hücumçu, Ueyn Runi və Ceyms Uilson qala bilər.

Mənbə: Sky Sports

0 comments