“Fənərbaxça”: “Van Persinin transferi yekunlaşdı”

Paylaş:

van Persi

“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım təsdiqləyib ki, “Mançester Yunayted”in hollandiyalı hücumçusu Robin van Persinin türk klubuna keçidi artıq həll olunub. 

The Independent xəbər verir ki, hollandiyalı futbolçu baş məşqçisi və həmyerlisi Lui van Qalın etimadını doğrultmadıqdan sonra “Old Trafford”u tərk edir. Transferin qiyməti 4,7 mln funt olduğu bildirilir.

“Mançester Yunayted” Robin van Persinin yerinə təcili olaraq indi əvəzləyici axtarır. Hollandiyalı bazar günü İstanbula gedərək, tibbi müayinədən keçəcək. Bundan sonra üç illik müqavilə bağlayacağı gözlənilir.

“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım: “Biz çox gərgin iş rejimi ilə gecə yarısına qədər çalışdıq ki, bu transfer baş tutsun. Biz beş faks qəbul etdik və özümüz isə altısın göndərdik, nəhayət ki, bu baş tutdu”.

Mənbə: The Independent

0 comments