Van Persi: “Başa düşdüm ki, getmək vaxtıdır”

Paylaş:

Robin van PersiRobin van Persi “Mançester Yunayted”i tərk etmək səbəblərindən danışıb və klubun icraçı direktoru Edvard Vudvorda, onun “Fənərbaxça”ya transferini həyata keçirtdiyinə görə təşəkkürünü bildirib.

“Vəziyyət gərginləşəndə mən başa düşdüm ki, özüm özümlə vicdanlı olmalıyam və etiraf etməliyəm ki, mənim “Old Trafford”dakı vaxtım bitmək üzrədi. Mən bu fikirə alışmağa başladım. Hər şey bir günün içində baş vermədi, ona görə də mən bu mövcud vəziyyətlə barışmalı oldum. Bu futboldur və belə hallar da olur”.

“Mənim tərəfimdən emosional hisslər olmadı. Bu futbolun və həyatın bir hissəsidir. İstanbula gəldiyim gündən uşaqlarla yaxşı ünsiyyət qurmuşam və bu çox mükəmməl görüş idi. Mən gördüm ki, bu klubda məni həqiqətən dəyərləndirillər və bu mənim üçün çox vacib idi”.

“Mançester Yunayted”in direktorlarından olan Ed Vudvordun işini yüksək qiymətləndirirəm. Onun bu transferi təşkil etməsi ən yüksək səviyyədir! Onun bu vəziyyətlə necə davranması göstərir ki, o necə alicənab biridir. Ed, əgər siz məni eşidirsinizsə, hər şeyə görə çox sağolun!”.

Mənbə: Sky Sports 

0 comments