Van Qal: “Robini buraxmaq çətin qərar idi”

Paylaş:

Robin van Persi, Lui van Qal

Lui van Qalın Sietldə təşkil etdiyi mətbuat konfransında jurnalistlər sual veriblər ki, Robin van Persi ilə bağlı vəziyyətə aydınlıq gətirsin. Belə ki, klublar hələ də təzminatda razılıq əldə edə bilməyiblər, amma buna baxmayaq, Robin artıq “Fənərbaxça” ilə üç illik müqaviləyə imza atıb.

Van Qal bildirib ki, artıq mövsümün sonunda Robinə demişdi ki, komandanı tərk edə bilər və etiraf edib ki, son beş ildə çalışdığı biri ilə bağlı bu qərarı vermək onun üçün çox ağır idi.

“Mövsümün sonunda onunla söhbətimiz olmuşdu, ona görə də o bilirdi ki, onu nə gözləyir. Bu haqda o, biz qolf oynayarkən onun “Yunayted”dəki gələcəyi ilə bağlı müzakirə aparanda bildi. Bu haqda qərar vermək və onu buraxmaq çox ağır qərar idi”.

“Mən fikirləşirəm ki, van Persi çox düzgün qərar verib. Mən Hollandiya millisini çalışdırarkən Dirk Kuytu izləmək üçün bir neçə dəfə “Fənərbaxça”nı ziyarət etməli olmuşdum və hər dəfə də məni çox isti qarşılayırdılar”.

“Məncə, Robinin belə qonaqpərvər klubdan xoşu gələcək. Mən ona hər şeyin yaxşısını arzulayıram və bu haqda artıq ona yazmışam”.

Mənbə: Sky Sports

0 comments