Niyə De Hea “Real”a keçmədi?

Paylaş:

Sports.ru saytının əməkdaşı Vladislav Varonin, “Real” və “Mançester Yunayted” arasında yayın ən səs-küylü transferinin niyə baş tutmadığını izah edir.

Manchester United v Tottenham Hotspur - Premier League

Niyə De Hea indi “Real”da deyil?

İspaniya peşəkar liqası (LFP) “Real”dan dedlayna qədər bütün sənədləri qəbul etməyib. Transferin baş tutmasından bir neçə dəqiqə sonra, Madridin məşhur As qəzeti yazmışdı ki, sənədləri “Mançester Yunayted” gecikdirib, amma indi məlumdur ki, bütün bunlar sadəcə emosiyalar idi. İspaniyada artıq heç kim qarşı tərəfi ittiham etmir, əvəzində hamı qeyd edir ki, “Yunayted” vaxtında bütün sənədləri və sertifikatları Madridə göndərib. Klubun nümayəndələri deyirlər ki, sənədlərdə FİFA – TMS transfer sisteminin xüsusi qeydi var. The Guardian qəzetinin jurnalisti Daniel Teylor iddia edir ki, sənədlər saat 23:59-da hazır idi.

Bəs onda nə yalnış oldu?

As və Marca eyni fikirdədi ki, dedlaynın bitməsinə çox az qalmış sənədlərdə dəyişiliklər olub, hansı ki, bunu rəsmi orqanlara göndərməyi çətinləşdirib.

As yazır ki, “Real” və “Mançester Yunayted” müqavilənin bütün bəndləri üzrə yekun danışıqları saat 23:30-da bitirmişdi, amma sonradan Keylor Navas öz müqaviləsində dəyişiliklər istəyib və proses yubanıb. Marca qəzetində yazılan məlumata görə, bu hadisə transfer pəncərəsinin bağlanmasına bir neçə dəqiqə qalmış baş verdi: Navas öz agenti ilə “Santyaqo Bernabeu”dakı ofisə gəlir, “Mançester Yunayted”lə olan müqaviləsinə baxır və bir neçə dəyişikliklər etməyə qərara gəlir.

Buna baxmayaraq, “Real”  qətiyyətlə bütün sənədləri saat 23:59-da bitirdiklərini və beynəlxalq TMS sistemindən keçdiklərini bildirir. Problem həmin kağızları İspaniya liqasına göndərməkdə olub. Sky Sports isə yazır ki, “Real” tərəfdən “Yunayted”ə qarşı heç bir etiraz yoxdur. Gecikmənin məsuliyyətini ispanlar öz üzərinə götürüb.

Burada ikinci versiyada var. As yazır ki, “Real”ın əməkdaşları “Mançester Yunayted”dən göndərilən sənədləri, faylın formatına görə onu açmaqda çətinlik çəkiblər. “Windows 95?” – deyə qəzetin rəsmi tvitter hesabı zarafat edib. Azarkeşlər isə “Real”ın yeni Windows əməliyyat sistemini yadlarına salıblar.

rued10dd4bc51

 “Real” hansı müddətə qədər gecikdi?

Əvvəlcə yazdılar ki, bir dəqiqə, ardınca isə 20 saniyə. Amma həqiqət daha acıdı: As 28 dəqiqə gecikmə haqqında yazır, Marca isə bir az da əlavə edərək xəbər verir ki, sənədlər LFP-nin ofisinə saat 00:30-da çatıb, fedarasiya isə həmin vaxt isə bildiriblər: “Artıq mənası yoxdur, gecdi”.

Ən məzəlisi isə səhər tezdən baş verdi. Sky Sports kanalının Madriddəki müxbiri Qari Kotterill efirdə bunları deyib: “Mən La Liqanın əməkdaşlarından eşitdim ki, onlar ümumiyyətlə David De Hea transferi ilə bağlı heç bir sənəd almayıblar. Nə vaxtında, nə bir dəqiqə sonra, ümumiyyətlə heç nə. Qısası, David De Heanın “Real”ın oyunçusu qismində heç bir sənəd olmayıb”.

İndi nə olacaq?

“Real” əvvəlcə FİFA-da uğurlu appelasiyaya ümid edirdi, çünki sənədlərin çoxu TMS transfer sistemində yerləşdirilmişdi. Birincisi ümid çox az idi, ona görə ki, sənədləri TMS sistemində yerləşdirmək yetərli deyildi, gərək ki, İspaniyada müqaviləni qeydiyyatdan keçirməyə çatdırmalı idilər. İkincisi, LFP dərhal bildirdi ki, “Real”ı dəstəkləmiyəcək.

Keçən mövsüm “Levante” klubu da eynən bu vəziyyətə görə Brayan Ruisi heyətlərinə qata bilməmişdi və ispan futbol fedarasiyası güzəştə getməyi qəbul etməmişdi. Son söz məhz onlardadı.

Nəticədə “Real” FİFA-ya müraciət etmədi. De Hea hələ “Mançester Yunayted”də qalacaq, Navas isə “Real”da oynamağa davam edəcək. Ola bilsin problem tək Florentino Peresdədi: El Confidencial iddia edir ki, “Real”ın De Hea ilə avqustda gizlin razılaşması olub, əgər transfer baş tutmasa, Madrid klubu qapıçıya 5 mln avro ödüyəcək.

Danışıqlar necə gedirdi?

Mançester Yunayted” və “Real” tam ciddi olaraq dünən İspaniya vaxtı ilə saat 14:00-da danışıqlara başlayıblar, hansı ki, məhz bu vaxtı “Yunayted”in Antoni Martialla maraqlandığı məlum oldu. Klublar bütün şərtlərdə tez razılıq əldə etdilər: tam 25 mln avro + Keylor Navas, hansı ki, 15 mln avro qiymətində olduğu deyilir. Ümumi məbləğ 40 mln avro!

Çətinlik Keylor Navasla bağlı yarandı. O, uzun müddət uzağa getmək istəmirdi, amma sonra özünə sərf edən şərtlərlə razılaşdı: “Mançester Yunayted”in əsas qapıçısı olmaq və məvacibinin iki dəfə artırılması (iki milyondan 4 milyon avroya qədər).

Sky Sports kanalının İspaniyadakı müxbiri Gilyem Balaqe deyir: “Hər şey artıq razılaşdırılmışdı və hər kəs transferin baş tutmasını gözləyirdi. David De Hea rəfiqəsinin evində, Florentina Peres isə “Santyaqo “Bernabeu”da idi. Navas da orada idi və cavab gözləyirdi ki, tibbi müayinədən keçsin. Bütün sənədlər imzalanmışdı və Mançesterə göndərilmişdi. Amma nəticədə sənədlər Madridə vaxtında gəlmədi. Xəbərə verilir ki, Navasla bağlı sənədlər İspaniyaya bir dəqiqə gec gəldiyinə görə, La Liqa transferi qeydiyyatdan keçirə bilməyib. Üç il bundan öncə Fabio Koentrau eyni səbəblərdən “Mançester Yunayted”ə transfer oluna bilməmişdir. “Real” La Liqa rəhbərliyindən transferin yekunlaşması üçün əlavə beş dəqiqə istəmişdir, amma rədd cavabı almışdılar. Artıq heç kim gözləmir ki, klublara transferi yekunlaşdırmaq üçün əlavə vaxt verilsin və bütün məlumatlara görə bu keçid baş tutmayıb”.

“Real” vəziyyəti necə izah edib?

Xəbəri hazırlayıb, bitirənə qədər “Real” rəsmi saytları vasitəsi ilə “Yunayted”i ittiham edən 10 bəndlik bir xəbər yerləşdirib.

11988498_932439730128173_6847334498182020201_n

1. “Mançester Yunayted” dünən səhər saatlarına qədər David De Hea transferi ilə bağlı danışıqlara birbaşa başlamadı.

2. Transfer pəncərəsinin son günündə bu tipdə olan ağır bir keçidin çətinliyinə baxmayaraq, “Real” danışıqlara başlamağa razılaşdı.

3. “Mançester Yunayted” dünən danışıqlara başlayarkən bildirdi ki, müqaviləyə Keylor Navası da əlavə edib və futbolçunun nümayəndəsi ilə danışıqlara başlayıb.

4. “Real” və “Mançester Yunayted” hər iki futbolçunun transferi ilə bağlı tez razılıq əldə etdi. Müqavilələrdən sonra mütləq FİFA-nın Transfer Matching System (TMS FIFA)-da qeydiyyatdan keçmək lazım idi. “Real” yerli vaxtla “Mançester Yunayted”ə müqaviləni saat 13.39-da göndərdi.

5. “Mançester Yunayted” müqaviləyə öz fikirlərini, həmçinin bəzi dəyişiklikləri 8 saatdan sonra, yerli vaxtla saat 21.43-də bildirdi. Müqavilədəki dəyişiklikləri “Real”, TMS-dən və Peşəkar futbol liqasından tez qeydiyyatdan keçmək xatirinə dərhal qəbul etdi.

6. Keylor Navas və David De Hea müqavilə bağlanandan sonra “Real” ingilis klubuna sənədləri saat 23.32-də göndərdi və “Mançester Yunayted”in nümayəndələrindən yekun imzanı gözləyirdi.

7. “Mançester Yunayted” Keylor Navasın nümayəndəsi ilə saat 23.53-də yekun razılaşmaya çatdı və futbolçuya imza üçün sənədləri göndərdi.

8. “Mançester Yunayted” TMS sisteminə yalnız David De Heanın qeydiyyatı üçün daxil olmuşdur. Yerli vaxtla saat 00.00-da “Real”a müqavilələrə imza atmaq üçün sənədlər daxil olub. Tam olaraq sənədlər saat 00.02-də daxil olur və “Real” TMS sisteminə daxil olmaq istəyir, amma sistem artıq bağlı idi.

9. 00.26-da FİFA TMS  kompyuterdən “Real”a bu sistemə daxil olmağı və David De Hea transferini yekunlaşdırmağı təklif edir, çünki İngiltərədə hələ transfer pəncərəsi bağlanmamışdı. “Real” vəziyyətin münaqişəli olduğunu nəzərə alaraq, bütün sənədləri Peşəkar futbol liqasına göndərir, baxmayaraq ki, vaxt artıq bitmişdir.

10. Əgər qısa danışsaq, Madrid “Real”ı bu iki transferin baş tutması üçün hər şey etdi.

Hələ ki, “Mançester Yunayted” tərəfindən məsələ ilə bağlı heç bir reaksiya verilməyib.

Mənbə: sports.ru

0 comments