Münhen faciəsi

Paylaş:

“MY” və dünya futbolunu tarixinə qanlı hərflərlə yazılmış – 06.02.1958!

1958-ci ilin Fevral ayının 6-sı. “609 saylı reys”lə uçan, “MY” təyarəsi, “Münhen”də deponu doldurmaq üçün eniş edir. Yanacaq doldurulduqdan sonra təyyarə uçuşa hazır olur. Kapitan Teyn, tərəddüd içində olsada, dispetçerdən aldıqı icazə əsasında uçuşu gərçəklşdirməyə çalışdı. 2 dəfə edilən cəhddən sonra, təyyarə qalxmadı. Sərnişinlər aeroportun istirahət zalına keçdilər. Elə bu anda şiddətli qar yağmaqa başladı. Bir çox sərnişinlər artıq uçuşun təxirə salınacağını düşünürdü. Hətta E.Dunkan, öz teleqrafındqa bunu bildirmişdi:

“Bütün uçuşlar ləğv edilib, sabah geri qayıdacayq – E.Dunkan”. 

Kapitan Teyn, stansiya mühəndisinə sol mühərrikdə problem olduğunu bildirdi. Billi Blek, mühərrikin təmiri üçün sabaha qədər gözləməli olduqlarını dedi. Lakin Teyn qrafikdən kənara çıxmaq istəmirdi. Blek uçuş-enmə solağının qısa olduqunuda bildirdikdə, Teyn bunu problem etmədi, çünki 2 km olan zolaq, uçuş üçün kifayət edirdi.

15 dəqiqədən sonra, yoxlanışlar tamamlandıqdan sonra, sərnişinlər geri qayıtdılar. Hətta, uçuş təcrübəsi olmayan, Liam Uilyan bildirdiki, “Qarşımızda ölümdə olsa, mən buna hazıram”. Dunkan Edvards-da daxil olmaqla, Tommi Teylor, Consi, Eddi Kolman və Frenk Svift yerlərini dəyişərək, təyyarənin quyruqu tərəfinə keçdilər. Onlar güman edirdilərki, ora daha təhlükəsizdir. Bütün sərnişinlər təyyarəyə qayıtdıqdan sonra, Kapitanlar Teyn və Reyment, uçuşun 3-cü cəhdinə təşəbbüs etdilər. 14:56-da təyyarə uçuş-enmə zolağı üzrə hərəkətə başlamağa hazr olur. 14:59-da təyyarə gözləmə məntəqəsindən, icazə alındı. 15:02də ekipaj cihazların son yoxlamasından sonra mesaj daxil olduki, uçuşa icazə 15:04-də daxil olacaq. Qısa müzakirələrdən sonra pilotlar uçuşu həyata keçirməyə, amma mühərrikdə olan problemlərə görə tərəddüd içində idilər. Onlar cihazlara diqqətnən nəzər yetirdikdən sonra, dispetçer qülləsi ilə əlaqə saxladılar.

Kapitan reyment drosseli yavaş-yavaş açırdı və tormozları buraxdı. Təyarə sürət yığmağa başladı və bortrabitəçi Bİl Rodcers dispetçer qülləsinə bildirdi. Teyn sürətin artırılmasıni dedi, 85 düyn sürəti keçdikdən sonra, yenidən sol mühərrikdə problemlər yarandığı hiss olundu. Teyn, mühərrikin drosselini minimum dartdı, sonra onu ehtuiyatla irəli-irəli çəkdi. Təyarə 217 km/saat yığdı, Teyn “V1” sürətinin əldə edildiyini bildirdi, hansı ki, bundan sonra uçuşun ləğvi təhlükəli olur. Kapitan Reymont isə uçuş üçün minimum lazım olan (220 km/saat) “V2” sürətinin əldə edildiyi elanını gözlətirdi. Ancaq, Teyn sürət göstəricilərinə baxdı və bildirdiki, sürət 217 km/saat-dan yuxarı qalxmaqda çətinlik çəkir. Bu anda artıq uçuş zolağının son 3də 1nə daxil olmuşdu ki təyarə, 2 düym-ə qədər olan qar örtüyü təyarənin sürətini 207 km/saat-a qədər qəflətən endirdi. Aeroportun aerodrom xidmətləri “Münhen zolağı”nı qardan təmizləməmişdi. Daha sonra sürət 194 km/saata düşdü. Reymont qışqırdı: “Allahım, biz bacarmayacağıq!” 

Təyyar uçuş-enmə zolağının sonunu sürətlə keçdi, uçuş üçün cəhd eləsələrdə, idarəni itirdilər. Təyyarə aeroportun hasarını deşərək, orda olan 1 evə girdi. Hansı ki, orda yaşayan ailədə, ara və böyük qız o anda evdə deyildi, amma evdə ana və 3 uşaq son anda çölə çıxaraqölümdən canlarını qorudular. Təyyarə, zərbədən sol qanadı və quyruğu qopdu. Pilotlar kabinasının sol hissəsi ağaca girdi. Sağ bbortla təyyarə taxta anqara girdi.
Aerotportun rəhbərliyi əvvəlcə Kapitan Teyni günahlandırdı ki, qanadların qardan silinməsini həyata keçirməyib. Lakin şahidlər bunu inkar edirdi. Sonradan düz 10 ildən sonra Teyn bəraət qazanmışdı. Qəzanın səbəbi isə “uçuş zolağının Münhen aeroportu tərəfindən qardan təmizlənməməsi” oldu.

 

Həlak olanlar:
Ekipajın üzvləri
• Kapitan Kenneti “Ken” Reyment – ikinci pilot (qəzada sağ qaldı, amma beyin travması nəticəsində üç həftə sonra xəstəxanada vəfat etdi)
• Tom Keybl – bort baxıcısı
————————————————
Sərnişinlər:
“Mançester Yunayted” oyunçuları:
• Ceff Bent
• Rocer Bern
• Eddi Kolman
• Dunkan Edvards (qəzada sağ qaldı, amma 15 gün sonra xəstəxanada vəfat etdi)
• Mark Cons
• Devid Peqq
• Tommi Teylor
• Liam “Billi” Uilan
————————————————
“Mançester Yunayted” məşqçi heyyəti:
• Uolter Krikmer – klub katibi
• Tom Karri – məşqçi
• Berta Uolli – məşqçi
————————————————
Jurnalistlər:
• Alf Klark – Manchester Evening Chronicle
• Donni Deyvis – Manchester Guardian
• Corc Follouz – Daily Herald
• Tom Cekson – Manchester Evening News
• Arçi Ledbruk – Daily Mirror
• Henri Rouz – Daily Express
• Frenk Svift – News of the World (İngiltərə yığmasının keçmiş oyunçusu və “Mançester Siti”nin qapıçısı; xəstəxanaya aparılarkən vəfat etdi)
• Erik Tompson – Daily Mail
————————————————
Digər sərnişinlər:
• Bel Mikloş – turizm agenti
• Villi Satinoff – azarkeş, cıdır meydanınin sahibi, həmçinin Met Basbinin yaxın dostu.
••••••••••••••••••••••••••••••••••••••••••
Sağ qalanlar
Ekipajın üzvləri:
• Marqaret Bellis – stüardessa (1998-ci ildə vəfat etdi)
• Rozmari Çeverton – stüardessa
• Corc Uilyam “Bil” Rodjers – bortrabitəçi (1997-ci ildə vəfat etdi)
• Kapitan Ceyms Teyn – pilot (1975-ci ildə vəfat etdi)
————————————————
Sərnişinlər:
“Mançester Yunayted” oyunçuları
• Coni Berri (daha futbol oynamadı – 1994-cü ildə vəfat etdi)
• Cek Blançflauer (daha futbol oynamadı – 1998-ci ildə vəfat etdi)
• Bobbi Çarlton
• Bil Foulks
• Harri Qreqq
• Kenni Morqans (2012-ci ildə vəfat etdi)
• Albert Skenlon (2009-cu ildə vəfat etdi)
• Dennis Vayollet (1999-cu ildə vəfat etdi)
• Rey Vud (2002-ci ildə vəfat etdi)
————————————————
“Mançester Yunayted” məşqçi heyyəti:
• Mett Basbi – baş məşqçi (1994-cü ildə vəfat etdi)
————————————————
Jurnalistlər və fotoqraflar:
• Ted Elliard – Daily Mail teleqrafçı (1964-cü ildə vəfat etdi)
• Piter Hovard – Daily Mail fotoqrafı (1996-cı ildə vəfat etdi)
• Frenk Teylor – News Chronicle müxbiri (2002-ci ildə vəfat etdi)
————————————————
Digər sərnişinlər:
• Vera Lukic (Vera Lukić) və onun kiçik qızı Vesna. “Yunayted”in oyunçusu Harri Qreqq onları xilas etdi. Vera Lukic qəza vaxtı hamilə idi, amma zərər çəkmədi və qadın oğulu dünyaya gəldi, Zoran.
• Xanım Eleanor Mikloş – Bela Mikloşun yoldaşı
• Neboyşa Bato Tomaşeviç – Yuqoslaviya diplomatı

0 comments