Moyes: “Qalibiyyət bizi çox irəli atar”

Paylaş:

Bugün Bakı vaxtı ilə saat 18:00-da bazar günü oynanılacaq Liverpul matçı öncəsi Devid Moyes press konfransda iştirak edib.

Devid Moyes - Liverpul oyunu qabagi press konfrans

Jurnalistlərin suallarını cavablandıran Devid Moyes ilk öncə gündəmin əsas şəxsinə dönən Robin van Persi haqqında fikirlərini bölüşüb:

Bizim 2 mükəmməl hücumçumuz var – Ueyn və Robin. Çox şadam ki hər ikisi də “Mançester Yunayted”in oyunçuları olaraq qalmaq istəyirlər.

Boss daha sonra bazar günü oynanılacaq “Britaniya derbisi” haqda danışıb:

Bazar günü Liverpula qarşı oynanılacaq oyun bizim üçün çox önəmlidir. Qalibiyyət bizi çox irəli atar. Bu derbi ölkə futbolunda hələ də ən böyük oyunlardan biri olaraq qiymətləndirilir. Bizim meydandan qalib ayrılmaq naminə əlimizdən gələn hər şeyi edəcəyik.

Moyes həmçinin komandanın hazırki vəziyyəti, zədəlilər barədə də jurnalistlərin suallarını cavablandırıb:

Dizindən aldığı ciddi zədədən sonra Nani nəhayət ki, ötən gün məşqlərə qayıdıb. Həmçinin yaxın oyunlarda yüngül zədələnən Rafael, Evans və Hernandez də məşqlərdə iştirak edirlər, onlar da bazar günkü oyunda meydana çıxmaq şansı əldə edə bilərlər.

Mənbə: manutd.com

0 comments