“Yunayted” YUNİSEF üçün rekord məbləğ yığdı

  • 12314322_10153367622782746_1130312225339518763_o
  • 12314384_10153367622562746_7469476728200550597_o (1)
  • 12314615_10153367622637746_2678510781327940935_o (1)
  • 12322412_10153367622687746_1074898145882488566_o (1)
  • DeGeaGala
  • LVG-Gala
  • Martial-Gala
  • MataGala
  • Morgan-Gala
  • manchester-united-louis-van-gaal-unicef_3383385
Paylaş:

“Mançester Yunayted” dünən YUNİSEF-in xeyiriyyə tədbiri üçün şam yeməyində iştirak ediblər.

Lui Van Qal, “Mançester Yunayted”in futbolçuları və məşqçilər heyəti bazar günü, YUNİSEF-in 16-cı Qala şam yeməyində iştirak edib və rekord məbləğdə pul yığılıb – 230 min funt sterlinq.

Tədbirə aparıcı qismində aktyor və “Yunayted”in fanatı olan Anqus Deeytonda iştirak edirdi. Ulduz “Mançester Yunayted” ilə yanaşı fotosesiyaya dəvət edilmişdi.

Son 16 il ərzində YUNİSEF ilə əməkdaşlıq edən “Yunayted” yardıma ehtiyac olan 3,4 milyon uşaqın həyatını dəyişmək üçün, ümumilikdə 3 milyon funt sterlinq yardım edib.

Bazar günü axşam keçirilən tədbir isə, Banqladeşdəki uşaqlara yardım məqsədli idi. Bu ölkədə, hər 29 dəqiqədə bir uşaq suda boğulur. Belə ki, günə 50 uşaq və ildə 18 000 uşaq bu cür həyatını itirir. Yığılan məbləğ ilə ölkədə ki, uşaqlara üzgüçülük dərsləri keçirilməsi üçün, onlara ilk yardımın edilməsi, xilas etmənin öyrədilməsi üçün mütəxəssislər tutulacaq.

Lui Van Qal tədbirdə bildirib: Mən və futbolçularım bu tərəfdaşlığın bir parçası olduğumuz üçün şərəf duyuruq. Mən çox şadam ki, bu qədər pulu yığa bildik. Bu fantastik vəsait ümid edirəm uzun müddəd Banqladeşdəki uşaqların həyatını xilas etməyə üçün kömək edəcək. Mən bu gün bura yığılan hər kəsə və onların köməylərinə görə təşəkkür edirəm“.

42-ci doğum gününü qeyd edən Rayan Giqsdə çıxış edib: “Mən bu illər ərzində YUNİSEF ilə çox işlər görmüşəm. Xeyriyyəçilik mən ürəyimə yaxındır və mən fəxr edirəm ki, klubda bu işdə eyni düşüncədədir. Komandaya yeni qatılmış futbolçularda tezliklə bu tərəfdaşlığın vacibliyini anlayacaqlar və biz bir komanda kimi hər il bu tədbir etməkdən həzz alacayıq”.

YUNİSEF-in Böyük Britaniyadakı icraçı direktorun müavini Yekaterina Kotrel: “Biz inanılmaz dərəcədə “Yunayted” ilə tərəfdaşlığımızla fəxr edirik. Son 16 il ərzində klub zəif uşaqların həyatını dəyişmək üçün çox kömək edib. Bu gün axşam yığılan pullar isə Banqladeşdə uşaqların həyatının xilas etmək üçün böyük kömək edəcək. Biz daimi dəstəyə görə “Mançester Yunayted”ə dərin minnətdarlığımızı bildiririk”.

Mənbə: Manutd.com

0 comments